Paşinyanın son açıqlaması savaşa başlamamız üçün ciddi səbəbdir - Fazil Mustafa
Turan
09:01 06.08.2019
Siyasət
1526
“Ermənistan baş naziri Nikol Paşıinyanın son açıqlamasına qədər həm onun, həm də keçmiş prezidentlərin Dağlıq Qarabağ ərazisinə daxil olması işğalçılığın təsdiqidir”.
“Sherg.az”ın xəbərinə görə, bu barədə millət vəkili Fazil Mustafa Feysbuk profilində yazıb.
Paşinyanın “Qarabağ Ermənistanındır” açıqlamasına münasibət bildirən deputat bəyan edib ki, işğalçılığı təsdiq edən yetərincə faktlar var:
“Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan işğal altındakı rayonlarımızda təmir-bərpa işlərinin sürətlə aparılması, kənarda oraya ermənilərin məskunlaşdırılması da bu faktlar siyahısına daxildir. Sadəcə, son açıqlama rəsmi Ermənistanın bunu həm də növbəti dəfə dillə ifadə etməsidir. Bu cür ifadələr əvvəllər də işlədilib və özümüzü buna görə təəccübləndirməyək. Burada iki məqsəd ola bilər. Birincisi, Ermənistan danışıqlardan uzaqlaşmaq niyyəti güdür və Azərbaycana qarşı bu cür diplomatik provakasiyanı yönəldir. İkincisi isə Paşinyan bu ifadələri erməni cəmiyyətinə Qarabağı məsələsinin öz iqtidarının əsas prioriteti olduğunu xatırlatmaq üçün söyləyib. Əlbəttə, bu ifadə savaşa başlamamız üçün ciddi səbəbdir, lakin ondan əvvəlki hərəkətlər qeyri-ciddi səbəblər deyildi ki?”
Parlament üzvü bəyan edib ki, biz Azərbaycan ordusu qədər Azərbaycan diplomatik korpusunu da daha yetkin və hazırlıqlı peşəkarlardan təşkil etməliyik ki, bu cür açıqlamaların beynəlxalq hüquqa qarşı demarş olduğunu konkret ölkələrdə və beynəlxalq qurumlarda anında tirajlamağı bacarsınlar:
“Təcrübəli diplomatlarımız az deyil, ancaq xaricdəki təmsilçilərimizin müəyyən hissəsi öz vəzifə borclarını layiqincə yerinə yetirəcək qabiliyyətdə deyil. Ona görə də xarici ölkələrin cəmiyyətlərinə aktiv təsir göstərə bilmirlər. Çünki bu gün bizim ermənilərlə savaşımız qismən atəşkəs zolağı üzərindən davam edir. O zolağın da üzərində ordumuzun hərəkət sərbəstliyini boğan beynəlxalq güclərin həmrəyliyi var. Özümüz nə qədər güc olsaq da, beynəlxalq və ya supergüc deyilik. Demək ki, savaşın əsas bölümü diplomatik cinahda, lobbiçilikdə, diaspora sahəsində gedir. Burada isə şəxsi mənfəət hislərimizin üzərinə qalxa bilmədiyimizə görə istənilən nəticələrə vara bilmirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
İrəvanda Türkiyə bayrağı yandırılıb - Paşinyandan reaksiya
22:59 23.04.2026
Cənubi Qafqaz
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət