Polineziyalı partiya lideri: Xalqım Fransanın siyasətinə görə təcrid olunub
Polineziyalı partiya lideri: Xalqım Fransanın siyasətinə görə təcrid olunub
12:10 30.05.2024
Siyasət
298
Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfrans keçirilib.
APA xəbər verir ki, konfransda “Tavini Huiraatira” Partiyasının baş katibi Viktor Maamaatuaiahutapu və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə daim neokolonializmə qarşı çıxıb:
“Xüsusilə də Manohilui dövlətindən və Polineziyanın hakim "Tavini" partiyasının nümayəndələri də neokolonializm prinsipləri ilə tanışdır. Müstəmləkə və post-kolonial dövrün cinayətlərinə görə hansısa dövlətin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüququ aşmaq lazımdır. Bu gün manohilui xalqı demokratiya uğrunda müzakirə aparır”.
“Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu bildirib ki, bu gün ölkəsi və xalqı Fransanın siyasətinə görə təcrid olunub:
“Biz bilirik ki, siz bizim problemlərimizi beynəlxalq ictimaiyyətə çatdıracaqsınız. Biz sizin yaşadıqlarımızı başa düşdüyünüzü bilirik. Biz minilliklər boyu yaşamış sivilizasiya olsaq da, siyasi baxımdan gənc ölkəyik. Bizim ədalətin öz yerini tapmasına ehtiyacımız var. Hesab edirik ki, Azərbaycanın da bu yolda ölkəmizin və xalqımızın yanında olması olduqca böyük əhəmiyyət daşıyır”.
Milli Məclisin Hüquq Siyasəti Komitəsinin üzvü, millət vəkili Nizami Səfərov isə bildirib ki, bu konfransda dekolonizasiyanın müxtəlif aspektləri müzakirə olunacaq.
Onun fikrincə, 1996-cı ildə Fransız Polineziyası BMT-nin müstəmləkə siyahısından çıxarılsa da, 2016-cı ildə yenidən siyahıya qaytarılıb:
“Dekolonizasiya prosesi hələ də dünyanın 17 ölkəsində yaşayan xalq üçün məntiqi sonluğa çatmayıb. BMT Baş Assambleyasının qətnamələrində Fransız Polineziyasının müstəqillik hüququ öz əksini tapıb. 2018-ci ildən sonra qəbul olunan bütün qətnamələrdə Bakı Konfransının sənədlərinə istinad olunur”.
Tavini Huiraatira Partiyasının sədr müavinin xarici əlaqələr üzrə müşaviri Marania Vaianui söyləyib ki, Fransa BMT-nin qətnamələrinə riayət etmir:
“Biz mövcud potensialımızdan istənilən sahədə istifadə edə bilərik. Davamlı inkişaf nöqteyi-nəzərindən bu resursların idarəolunması effektiv şəkildə aparılmalıdır. Enerji müstəqilliyi baxımından külək enerjisi, okean enerjisi kimi resursların genişləndirilməsi çox mühüm amillərdəndir. Siyasi və diplomatik mövqeyimizə gəlincə, ərazimizdə iqtisadi zonanın yerləşməsi bizə mühüm dividend qazandırır. 23 avqust 2013-cü il tarixli qətnamə qeyd edir ki, biz müstəmləkədən azad olmalıyıq. Lakin Fransa bu qətnamənin tələblərini qətiyyən icra etmir. Bizim xalq olaraq azadlığımıza 193 ölkə dəstək göstərməlidir”.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, belə konfranslar müstəmləkədən əziyyət çəkən regionlardakı vəziyyəti dünya ictimaiyyətinə çatdırmağa hesablanıb.
Onun sözlərinə görə, dövlət başçısının kolonizasiya siyasətinə qarşı mövqeyi bu siyasəti dəstəkləyənlərə nümunədir.
Tədbirdə o da bildirilib ki, Bakı Təşəbbüs Qrupu ilə Polineziyanın hakim partiyası arasında memorandum imzalanıb.
Fransız Polineziyası Assambleyasının Turizm və Mədəniyyət işləri üzrə komissiyasının katibi Kliff Loussan isə bölgənin geniş turizm imkanlarından danışıb.
O deyib ki, Fransa bu potensialın inkişafına mane olur: “Bu gün Fransa regionumuzda turizmin inkişafına mane olur Biz çox istərdik ki, müstəmləkəçi dövlətlər və müttəfiqləri bizim səsimizi eşitsin və bundan sonra xalqlarımız azad yaşasın”.
Konfransda diqqətə çatdırılıb ki, 2017-2020-ci illərdə əhalinin 7 faizi Fransız Polineziyasını tərk edib ki, onların əksəriyyəti 18-25 yaşlı gənclərdir.
Tədbirdə həmçinin kanak xalqı da daxil olmaqla, müstəmləkə şəraitində yaşayan xalqlara dəstək ifadə olunub.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz