Politoloq: “ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
13:18 22.03.2022
Siyasət
538
“Azərbaycanla ABŞ arasında yaxın tərəfdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan “Əsrin müqaviləsi”nin imzalanmasında Vaşinqtonun mühüm rol oynaması təsadüfi deyil”.
Bunu “Report”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
“Fikrimcə, Cənubi Qafqaz ABŞ üçün Rusiya ilə geosiyasi mübarizə meydanıdır. Bu da nəqliyyat dəhlizi kimi Azərbaycanın rolunu artırır. Ukraynadakı son hadisələrə görə ölkəmizin neft-qaz mənbəyi kimi dünyada əhəmiyyəti də artır”, - o söyləyib.
Politoloq xatırladıb ki, Prezident İlham Əliyev ABŞ lideri Cozef Baydenə göndərdiyi məktubda təhlükəsizlik, iqtisadiyyat kimi sahələrdə, o cümlədən regionda sülh və təhlükəsizliyin bərqərar olmasında əməkdaşlıq məsələsini önə çəkib: "Cozef Baydenin İlham Əliyevə məktubunda isə regiondakı sülh məsələsi xüsusilə vurğulanır. Bu da o deməkdir ki, Ermənistan artıq xülyalarından əl çəkib gələcəyə ayıq başla yanaşmalıdır. Həm Azərbaycanda, həm də Ermənistanda sülh və sabitlik region ölkələri arasında qarşılıqlı əlaqələrin güclənməsinə zəmin yaratdığına görə ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Bütövlükdə dünyanın böyük dövlətləri, o cümlədən ABŞ da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu da Azərbaycanın indiki çətin dövrdə həm region, həm də dünya siyasətində mühüm aktor olduğunu göstərir”.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət başçısı Cozef Baydenə məktub ünvanlayıb. Məktubda ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümid ifadə olunub. Həmçinin ABŞ-ın postmünaqişə dövründə Qarabağdakı bərpa və yenidənqurma işlərində iştirak edəcəyindən məmnunluq qeyd olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Novruz bayramı münasibətilə Bayden ölkə rəhbərimizə məktub göndərmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol
İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB
18:32 17.02.2026
Gündəm
Avtobus dayanacağında çantasını unudan şəxsin qızılları oğurlanıb
18:31 17.02.2026
Hadisə