Politoloq: "COP29" kimi tədbirlər Azərbaycanın nüfuzunu artırır
14:02 15.12.2023
Siyasət
663
Prezident COP29-un keçirilməsinin təşkili ilə bağlı tapşırıqlar verib.
Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib.
“Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək” – Prezident bildirib.
COP29-un Azərbaycanda keçirilməsinin önəmindən "Sherg.az"a danışan politoloq Aytən Qurbanova bildirib ki, Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi kifayət qədər önəmli hadisə olaraq dəyərləndirilir:
"Ümumiyyətlə, son illərdə ardıcıl şəkildə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal sistemdə dövlətimizin artan nüfuzunun və bizə göstərilən etimadın təzahürüdür. Xüsusilə, ikinci Qarabağ müharibəsindən sonra Bakı və Şuşa şəhərləri həm regional, həm də qlobal tədbirlərə ev sahibliyi etməklə dünyanın ən önəmli siyasi və mədəni paytaxtlardan birinə çevriliblər".
Politoliq belə tədbirlər vasitəsilə iştirakçı dövlətlərin nümayəndələrinə regionda baş verən hadisələr haqqında qərəzsiz və obyektiv məlumat verilməsinin milli maraqlarımızın doğru şəkildə təbliği üçün kifayət qədər önəmli təsirləri özündə ehtiva etdiyini vurğulayıb:
"Ona görə də, düşünürəm ki, əvvəlki tədbirlərə nəzər yetirdikdə COP 29-un ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə dair heç bir şübhə olmadığı kimi bu tədbirin yeni əməkdaşlıq imkanları üçün mühüm vasitə ola biləcəyi faktı da istisna edilmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol