“Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, – 5 kilometrdir buradan Ermənistan sərhədinə, – onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”.
Politoloq: “Ermənilərin sakitləşəcəyinə inanmıram” - Təxribat !
Banuçiçək Kalbalıyeva
11:46 25.12.2020
Siyasət
645
Məlum olduğu kimi, Prezident, Ali Baş Komandan İlham Əliyev dünən Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Zəngilan və Qubadlıya səfər edib. Dövlət başçısı növbəti ad gününü əsgərlərlə birlikdə qeyd edib. O, nitqində bir sıra mühüm məqamlara toxunub. Həmçinin Ermənistan hərbi-siyasi hakimiyyətinə mesaj verən Prezident deyib:
“Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, – 5 kilometrdir buradan Ermənistan sərhədinə, – onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”.
Bu ismarıc əslində çox mühüm səciyyə daşıyır.
Politoloq Tofiq Abbasov “Sherg.az”a açıqlamasında sözügedən fikirlərin siyasi əhəmiyyətini belə şərh edib:
“Ermənilər özlərini qədim xalq kimi göstərmək üçün yalan, iftira və əfsanələrdən istifadə edirlər. İnsan idrakının öyrənilməsi ilə məşğul olan alimlər bəşəriyyətin inkişafında cəmi 8-10 xalqın, o cümlədən yunanların, misirlilərin, babillərin və başqalarının rol oynadığını deyirlər. Amma ermənilərin adı yoxdur. Çünki nəyəsə nail olmaqdan ötrü quruculuqla məşğul olmaq lazımdır.
Bu isə düşmənə çox yaddır. Onlar bir əlləri ilə tikdiklərini bir əlləri ilə dağıdırlar. Psixiatrların fikrincə, belə bir hal naqislik, anormallıq göstəricisidir. Həqiqətən, ya qurucuqla məşğul olmaq lazımdır, ya da dağıdıcılıqla...Amma ermənilər çox məntiqsiz bir yolu seçiblər. Nə qədər, bu yollarından dönməyiblər aqibətləri yaxşı olmayacaq.
Ona görə də, necə deyərlər, papaqlarını qarşılarına qoyub düşünməlidirlər. Heç olmasa, ali zümrənin nümayəndələri onlara başa salmalıdır ki, belə olmaz. Gərək özlərini kənardan izləsinlər və islah olunsunlar. Prezident nitqində məhz bunları nəzərdə tuturdu”.
T. Abbasovun fikrincə, hazırda nümayiş etdirdikləri məntiqsiz siyasət onlar üçün ənənəyə çevrilib:
“Ermənilərin sakitləşəcəyinə inanmıram. Əks halda indiyədək olanlardan çoxdan dərs çıxarardılar. Dağıdıcılıq onlar üçün ənənəyə, siyasi dəst-xəttə çevrilib. Yüz ildən artıq müddətdir ki, qonşuluq münasibətindən çox uzaqdırlar. Yaxşı, biz və türklər müsəlmanıq. Bəs gürcülərdən nə istəyirlər?! Bəs Alban kilsəsi ilə nə işləri var?!
Bilirsiz, adi məntiqlə əgər insan bir yolun ona ziyan gətirdiyini görürsə, alternativi seçməlidir. Lakin ermənilər bunu bacarmırlar. Onların da arasında ağıllıların olduğunu etiraf etməliyik. Həmin adamlar təktərəfli bilet alaraq canlarını bu quldur hakimiyyətdən qurtarır, başqa ölkələrə gedirlər.
Başa düşürlər ki, Ermənistanda sözün əsl mənasında “adam yeyən” rejim hökm sürür. Ermənilər öz adamlarına qarşı da belədirlər. Keçmiş prezident Ter-Petrosyanın ölümlə hədələnərək devrilməsi, parlament binasının güllə-boran edilməsi o deməkdir ki, dağıdıcılıq onların ruhlarında, milli kimliklərində var.
“Meydan sulayanlar”ın ruhi və mənəvi cəhətdən sağlam adamlara təzyiq göstərmələri ermənilərin “dava”larının hələ bitmədiyini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya