Politoloq: "Ermənistan Azərbaycanın şərtləri qəbul etsəydi, özü qazanmış olacaqdı"
07:59 26.09.2021
Siyasət
891
"Dünyada aktiv olan münaqişə ocaqlarından biri də Qarabağ konflikti idi. 30 illik zaman kəsiyində bu münaqişənin həlli üçün hər cür diplomatik yollara əl atıldı. 30 illik müddətdə Cənubi Qafqazda sülh, sabitlik prosesləri nisbi formatda idi. Nəhayət ki, Azərbaycan öz ərazi bütövlüyünü öz gücü hesabına bərpa etdikdən sonra regionda qalıcı sülh ümidləri doğdu".
Bu sözləri "Sherg.az" a açıqlamasında politoloq Elman Vəliyev deyib.
O, qeyd edib ki,bununla da region dövlətlərin birgə əməkdaşlıq platformaları irəli sürüldü:
"Hətta Ermənistana da bu platformada təmsil olunmaq şansı verildi.
44 günlük müharibədəki qələbədən sonra Azərbaycan Ermənistana sülh təklifi etdi, delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsinə müsbət yanaşma nümayiş etdirməsini bəyan elədi. Ancaq Ermənistan tərəfi buna biganə yanaşdı. Bunlara baxmayaraq Azərbaycan böyüklük göstərərək bu səpkidə öz mövqeyinin üzərində dayanır".
Politoloq qeyd edib ki, müharibədən sonra Ermənistan tərəfi sülhün bərqərar edilməsi istiqamətində destruktiv yanaşma sərgilədi:
"Azərbaycan tərəfi bir neçə şərt qoymuşdu- mina xəritələrinin verilməsi, qondarma respublika ilə bağlı əsassın iddiyalardan əl çəkilməsi, Zəngəzur koridorunun açılmasına olumlu yanaşma, bölgədəki kommunikasiya sistemlərinin bərpasında aktivlik nümayiş etdirmək. Əgər Ermənistan bu şərtləri qəbul edib ağıllı addım atarsa, özü də qazanmış olacaqdı. Ancaq Ermənistan tərəfi ilk başdan buna razılıq verməyib başqa alternativlər axtardı- xaricdən dəstək, hədə-qorxu gəlmək, atəşkəsi pozmaq. Sonda isə anlamağa başladı ki, alternativlər məhduddur. Əlbəttə ki, bu fikrə gələnə kimi də bir az sıxılmalar oldu.
Ermənistan tərəfi düşünürdü ki, müharibəni uduzmuşuq heç olmaya qondarma “Dağlıq Qarabağın” statusu məsələsini əldən verməyək. Bununla bağlı bir xeyli təbliğatlar, propoqandalar, xarici ajiotajlar yaratmağa çalışdılar. Ancaq Azərbaycan tərəfinin mövqeyi bəlli idi. Azərbaycan tərəfi 25 minlik əhalinin yaşadığı bir yerdə statusun verilməsinin mənasız və gülünc olduğunu bildirdi. Əlbəttə ki, bu mənasız bir istəkdir. Dünyanın bir çox yerlərində Qarabağda yaşayan ermənilərin sayından da çox erməni yaşayır. O zaman onlarda status istəsinlər. Bu tipli vəziyyət təkcə erməni etnik qrupuna aid deyil ki, kürdlər, katalanlar və s. tiplilər çoxdur. Dünyada bu proses təkcə erməni etnik qrupuna aid olsaydı hardasa başa düşmək olardı, ancaq bunlardan bir xeyli var. Rusiya MN Qarabağın son xəritəsini yayımlayan zaman qondarma respublikanın sərhədlərini göstərməyərək bu əraziləri Azərbaycan ərazisi kimi təqdim elədi. Bu da delimitasiya və demarkasiyanın Azərbaycanın xeyrinə gedə biləcəyindən işarədir. Amerikada keçirilən BMT Baş Assambleyasında Azərbaycan və Ermənistan tərəflərinin xarici işlər naziri Rusiya, Fransa və Amerikan tərəflərinin(həmsədrlərin) təşəbbüsü ilə görüş keçiriblər. Hesab edirəm ki, yaxın zamanda tərəflər arasında dialoqlar başlayacaq".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm