Politoloq: “Ermənistan Rusiyaya ərazi iddialarından əl çəkməlidir”
12:32 23.09.2021
Siyasət
926
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı Ermənistanla münasibətlərdən danışıb. Nazir bildirib ki, münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açır: “10 Noyabr 2020-ci il tarixli birgə bəyanat, xüsusilə bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı”.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya bölgədə nəqliyyat kommunikasiyalarının açılması üçün konkret istiqamətlər üzərində işləməyə başladılar:
"Əlaqələrin yenidən canlandırılması Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə sürətləndirəcək və bu həm bu ölkələrə, həm də tərəfdaşlarımıza fayda verəcək. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq".
"Kommunikasiyaların açılışı məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu bölgədə konkret istiqamətlər üzərində işə başladı. Kommunikasiyaların açılmasının mühüm və mümkün bir irəliləyiş ola biləcəyinə baxmayaraq, Ermənistan danışıqları əngəlləmək və gecikdirmə taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir. Biz konstruktiv olaraq prosesdə iştirak edirik və məsələ ilə məşğul olmaqda davam edirik. Aydındır ki, kommunikasiyaların yenidən canlandırılması həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə Ermənistan və Azərbaycan üzərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracaqdır. Bu, normallaşmanın əhəmiyyətli bir faktoru olacaq və bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq", - nazir bildirib.
Nazirin açıqlaması barədə “Sherg.az”a danışan Tofiq Abbasovun fikrincə, İrəvan həmişə xarici qüvvələrə ümid edib:
“Təsadüfi deyil ki, düşmən müharibədən sonra hamıdan, o cümlədən Rusiyadan, KTMT-dən küskünlüyünü ifadə etdi. Bu, Ermənistanın xarakterik xislətidir. Yəni İrəvan xaricdən idarəolunan yarımsubyektdir. Düşmən heç vaxt suveren siyasət yeritməyib, daim kənar qüvvələrdən asılı qalıb. Ermənilər özləri milli mənliklərinin üç nöqtədən- dövlətdən, diaspordan və kilsədən ibarət olduqlarını deyirlər. Yəni diaspor və kilsə dövlətin işlərinə qarışır. Kilsə yığdığı pulu Ermənistanın silah- sursat yığmasına ayırır. Bu isə o deməkdir ki, Ermənistan heç vaxt dinc siyasət yeritməyəcək”.
T.Abbasov, həmçinin deyib ki, Ermənistanın firavan gələcəyi özünün xarici siyasətindən asılıdır:
“Bizim qələbəmizi dünya dövlətləri ayaq üstə alqışladılar. Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil xarici siyast yeridir. Biz düşmənə elə dərs verdik ki, bir daha özünə gələ bilməz. Özünə gəlməkdən ötrü xarici siyasətini dəqiq müəyyənləşdirməli, qonşu dövlətlərə, o cümlədən Azərbaycana, Türkiyəyə, Gürcüstana, İrana və hətta Rusiyaya ərazi iddialarından əl çəkməlidir. Ermənistan hökuməti əlində silah saxladıqca heç vaxt hörmət sahibi olmayacaq”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya