Ukrayna savaşı öz coğrafiyasını genişləndirərək, Avropa məkanına sıçraya bilər
Polşa əsas hədəfə çevrilmək üzrədir - Elçin Xalidbəyli
Polşa əsas hədəfə çevrilmək üzrədir - Elçin Xalidbəyli
Yusif Nəzərli
09:23 08.08.2023
Siyasət
810
Bu ölkələrdə hər an daxili xaosa yol aça biləcək diversiya-terror dalğası başlaya bilər
Ukrayna savaşı öz coğrafiyasını genişləndirərək, Avropa məkanına sıçraya bilər
ABŞ-nin keçmiş kəşfiyyatçısı Skott Ritter deyib ki, Polşa Rusiyaya qarşı şərti müharibə təşkil etməyə cəhd etsə, bütün ordusunu itirəcək. Ritter bildirib ki, polşalılar indi effektiv ordu qurmaqdan danışırlar və onlar bunun üçün yüz milyardlarla avro xərcləyəcəklər: "Onlara məsləhət görərdim ki, Ukraynadakı döyüş meydanına baxsınlar və başa düşsünlər ki, Rusiya ilə şərti müharibə Polşanın əldə etməyə çalışdığı hər şeyi itirməsi ilə nəticələnəcək”.
Ritter hesab edir ki, zirehli “yumruq”ların yaradılması Moskva ilə münaqişə vəziyyətində Varşavaya kömək etməyəcək. Keçmiş kəşfiyyatçı xatırladıb ki, müasir döyüş aparmaq üçün daimi təlim, peşəkar silahlı qüvvələrin formalaşdırılması lazımdır. Son günlər "Vaqner"çilərin Belarusda olması səbəbindən Polşa və Belarus arasında gərginlik yaranıb. Hazırda Polşanın Belarus-Rusiya ilə hərbi qarşıdurması məsələsi müzakirə olunmaqdadır. Bəzi ekspertlərin fikrincə, Polşa və Belarus ətrafında baş verənlər Ukrayna-Rusiya savaşına başqa ölkələri də cəlb edə bilər.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Polşanın Rusiya ilə birbaşa savaşa girməyə cəhd edəcəyi qətiyyən inandırıcı görünmür. Ekspertin sözlərinə görə, əgər belə bir addım atılarsa, Ukrayna savaşı öz coğrafiyasını genişləndirərək, Avropa məkanına sıçraya bilər: "Üstəlik, Polşanın Rusiya ilə savaşda birbaşa iştirakı həm də NATO-nun müharibəyə cəlb olunması anlamı daşıyar. İndiki situasiyada nə Avropa ölkələri, nə də NATO Rusiya ilə qlobal savaşa həvəsli deyil. Ona görə də Polşa Avropa ölkələrinin və NATO-nun mövqeyini nəzərə almadan Rusiya ilə savaş təhlükəsi yaradan addımlara cəsarət etməz. Hər halda NATO qələbəyə tam əmin olmadığı savaşa bulaşmaq istəməz.
Əslində, Rusiya da NATO-nun iştirak edəcəyi savaşın hədəfi olmaqda maraqlı deyil. Ancaq Kreml Ukrayna savaşının coğrafiyasının genişləndirilməsinə can atdığını da qətiyyən gizlətmir. Sadəcə, bunun NATO-nun savaşa qatılmasına səbəb vermədən etməyə çalışır. Məsələ ondadır ki, Rusiyanın həm Polşada, həm də Baltikyanı ölkələrdə "yatan hücrələri" mövcuddur. Çünki həmin ölkələrdə rusdilli əhali kifayət qədər təsir gücünə malikdir. Ona görə də Kreml hazırda daha çox Polşa və Baltikyanı ölkələrdə "yatmış hücrələri" oyadacaq mexanizmləri hərəkətə gətirməyə çalışır. Əgər buna nail olarsa, Kreml həmin ölkələrdə daxili siyasi xaos yaratmaq şansı qazana bilər. Bu halda, Kreml Ukrayna savaşının Qərb cinahında qeyri-sabitlik yaratmaqla, müharibə məkanı ətrafında bloklanma trayektoriyası çəkə bilər. Bu isə ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyində ciddi problemlər yarada biləcək situasiya deməkdir. Xüsusilə də, logistik problemlər ucbatından hərbi təchizat sahəsində gecikmələr qaçılmaz olacaq".
E.Xalidbəyli vurğulayıb ki, bütün bunları nəzərə aldıqda, Polşa və Baltikyanı ölkələrdə Rusiya kəşfiyyatına bağlı rusdilli hücrələrin müxtəlif diversiya aksiyaları törədə biləcəkləri qətiyyən istisna deyil: "Əslində, Polşanın Belarusla sərhəd bölgəsini qapatmağa və tam nəzarətə götürməyə çalışması da məhz elə bu təhlükə ilə birbaşa bağlıdır. Polşa Belarusdakı "vaqnerçilər"in mühacir adı altında, kiçik diversiya qrupları şəklində öz ərazisinə keçməsinin qarşısını almağa cəhd göstərir.
Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, hazırda Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya, eləcə də, Polşa əsas hədəfə çevrilmək üzrədir. Bu ölkələrdə hər an daxili xaosa yol aça biləcək diversiya-terror dalğası başlaya bilər. Və bu, həmin ölkələr üçün indiki situasiyada üzləşə biləcəkləri ən ciddi təhlükədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
11:10 17.12.2025
Hadisə
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
11:09 17.12.2025
Hadisə
Ermənistanla sülh an məsələsidir -Analitik
10:33 17.12.2025
Siyasət
Tramp: Obama İrana görə dünyadan imtina etmişdi
10:25 17.12.2025
Dünya
Paşinyan üçün seçkilər yalnız başlanğıcdır -Politoloq
10:16 17.12.2025
Cənubi Qafqaz
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
10:07 17.12.2025
İqtisadiyyat
Analitik: Berlindəki görüş Ukraynanın xeyrinə irəlilədi
09:40 17.12.2025
Dünya
İranda yaşayış binası çökdü
08:39 17.12.2025
Hadisə
Lavrov mesajları ilə qonşu ölkələri qorxutmağa çalışır
08:03 17.12.2025
Dünya
Bratislavada hökumət əleyhinə etiraz aksiyası keçirildi
06:47 17.12.2025
Dünya
Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib
04:25 17.12.2025
Dünya
Tayland Kambocadan atəşkəs elanı tələb etdi
03:32 17.12.2025
Dünya
Makqreqor 17 il sonra onunla evləndi
02:34 17.12.2025
İdman
Ağ Evin aparat rəhbəri: Tramp alkoqolik xarakterinə malik şəxsdir
01:26 17.12.2025
Dünya
"Sabah" komandası FIBA Çempionlar Liqasında mübarizəni dayandırıb
01:12 17.12.2025
İdman