Prezident:"Ermənistan tərəfi xalqına və dünya ictimaiyyətinə yalan danışırdı"
07:53 24.09.2021
Siyasət
615
Azərbaycan Prezidenti: Ermənistan tərəfi xalqına və dünya ictimaiyyətinə yalan danışırdı İlham Əliyev
“Diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan mətbuat münaqişənin mahiyyətini təhrif edirdi. Ermənistanın işğalçı olması, etnik təmizləmələr aparması, Xocalı qətliamını törətməsi, tarixi və mədəni irsimizə aid abidələri dağıtması gizlədilirdi”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində deyib.
“Azərbaycan isə hansısa vəhşi, totalitar və avtoritar ölkə kimi təqdim edilirdi. “Washington Post”, “New York Post”, “Figaro”, həmçinin ABŞ, Fransa, Almaniya və bir çox digər ölkələrin mətbuatında məni “Əliyevin diktator rejimi” adlandırırdılar. Bununla da Ermənistan Respublikasından daha güclü olan erməni diasporu bu cür mənfi fon yaradırdı”.
Dövlət başçısı bildirib ki, mətbuatın münaqişəyə diqqətini nəzərə alaraq, baş verənlər haqqında həqiqəti çatdırmaq üçün ondan istifadə edib: “Mənim dediyim hər şeyi sənədlə sübut etmək olar. Dediyim hər bir şey tarixi həqiqətə və döyüş meydanında gündəlik baş verənlərə əsaslanırdı. Ermənistan tərəfi isə İkinci Qarabağ müharibəsi zamanı və ondan öncə baş verənlərlə bağlı öz xalqına və dünya ictimaiyyətinə yalan danışırdı. Bu səbəbdən onların tezisləri inandırıcı deyildi və mahiyyət etibarı ilə Ermənistanı nüfuzdan salırdı, biz isə baş verənlər barədə həqiqəti çatdıra bildik”.
“Döyüş meydanında, yaxud informasiya məkanında olmasından asılı olmayaraq, ədalətli mübarizə şəraitində Ermənistan tərəfinin təbii ki, heç bir şansı yox idi”, - Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm