Proses yekun sülh sazişinə doğru gedir
Yusif Nəzərli
20:55 27.12.2021
Siyasət
615
Paşinyan sülh müqaviləsində Bakının gündəliyinə yaxın mövqedən çıxış edir
Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağın statusu ilə bağlı fikirləri ölkədə ciddi ajiotaja səbəb olub. Paşinyan hökumətin iclasında vurğulayıb ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir. Baş nazirin sözlərinə görə, bu imkanı rəsmi Bakıya onun sələfləri yaradıb.
Paşinyan vurğulayıb ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin “xeyrinə” getməyib. Onun sözlərinə görə, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün “faciəvi” olub. Ekspertlərin fikrincə, Paşinyan bu açıqlaması ilə Qarabağ məsələsinin İrəvan üçün prioritet olmayacağının mesajını verir. Onların sözlərinə görə, Ermənistan Qarabağ iddiasından əl çəkərsə, Azərbaycan bu məsələni birbaşa Rusiya ilə uzlaşdıracaq.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında vurğulayıb ki, Nikol Paşinyanın son müsahibəsi Qarabağ və regional proseslər baxımından ciddi açıqlamalarla yadda qaldı. Ekspertin yanaşmasına görə, Paşinyanın əvvəlki çıxışları ilə müqayisədə yeni fikirlər səsləndirməsi və müəyyən iddialardan imtina etməsi önəmli nüanslardır:
“Paşinyan 2016-cı ilin “aprel müharibəsi”ni xatırladır və mesaj verir ki, “status” məsələsinin “dəfn edilməsi” onun yox, keçmiş hakimiyyətin günahıdır. BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. O vaxtdan ATƏT-in Minsk qrupu həm də regionun statusu məsələsi ilə məşğul olub.
Lakin 2016-cı ildə status məsələsi yenidən BMT TŞ-yə qaytarıldı və bu, Ermənistan üçün “fəlakət”lə nəticələndi. Çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil.
Əgər Minsk qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkünsüzdür. Qarabağda yaşayan azərbaycanlıların hüquqları heç vaxt mübahisəli olmayıb, olmayacaq da.
“Dağlıq Qarabağ Muxtar Vilayəti” danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərdən keçirilməyib. Ən azından erməni-azərbaycanlı icması olaraq qəbul edilib. Yəni bölgənin müqəddəratını yalnız azərbaycanlı sakinlərin iştirakı ilə həll etmək olar. “Kazan düsturu” Azərbaycanın razılaşmadığı “aralıq statusu” məsələsini nəzərdə tuturdu. 2016-cı ilin yanvarında isə vasitəçilərin yeni sənədlər paketində “Qarabağın aralıq statusu” ifadəsi yox idi. Erməni tərəfi bununla razılaşmadı və nəticədə “aprel müharibəsi” baş verdi. 2016-cı ilin avqustunda yeni sənədlər paketi peyda olur və “Qarabağın statusu” BMT Təhlükəsizlik Şurasına qaytarılır. Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti ittiham edir. Bildirir ki, əgər o vaxt Qarabağın statussuz vəziyyəti ilə danışıqlar prosesinə razılıq verilsəydi, vəziyyət bu həddə çatmazdı. Məhz buna görə indi “statusun” Azərbaycan Konstituasiyana uyğun həlli vəziyyəti yaranıb.
Erməni baş nazir bununla bəyan edir ki, “statusun” olmayacağı ilə razılaşmağa məcburdurlar. Digər yandan erməni cəmiyyətinə “Minsk qrupu formatında “status”un gündəmdə qalmasına çalışacağını” vəd etsə də, ciddi nəticə gözləməməyin mesajını verir”.
A.Nərimanlı vurğulayıb ki, ümumən proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir:
“Paşinyan da bildirir ki, “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.
Baş nazir sülh müqaviləsində Bakının gündəliyinə yaxın mövqedən çıxış edir.
İstisna deyil ki, Sankt-Peterburqda gözlənilən Azərbaycan-Ermənistan rəhbərlərinin görüşündə sülh müqaviləsi də müzakirə olunacaq”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region