Putin xalqa müraciət edib: NATO ölkələrinə “nüvə müharibəsi” xəbərdarlığı
10:09 29.02.2024
Siyasət
594
Dövlət televiziyasının yayımladığı xəbərə görə, Rusiya prezidenti Vladimir Putin parlamentin hər iki palatasından olan rusiyalı deputatlara yönəlik xalqa illik müraciətini səsləndirməyə başlayıb.
Sherg.az xəbər verir ki, Rusiyada prezident seçkilərinə təxminən iki həftə qalmış danışan Putin bildirib ki, rusiyalıların mütləq əksəriyyəti Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir.
Heç kimin Rusiyanın daxili işlərinə qarışmasına imkan verməyəcəklərini ifadə edən Putin, “Qərb Rusiyanı daxildən zəiflətməyə çalışır” deyib.
Putin çıxışına belə davam edib: "Ordumuzun Ukraynada təşəbbüsü var, o, yeni bölgələri azad edir. Biz münaqişəyə son qoymaq və xüsusi hərbi əməliyyat tapşırıqlarını həll etmək üçün hər şeyi edəcəyik" .
Rusiyanın ABŞ ilə strateji sabitlik mövzusunda dialoqa hazır olduğunu bildirən Putin, "ABŞ Rusiyanı strateji cəhətdən məğlub etməyə də hazırdır. ABŞ-ın hərəkətləri faktiki olaraq Avropa təhlükəsizliyini darmadağın etdi" deyə bildirib.
Ukraynada NATO əsgərlərinin yerləşdirilməsi ilə bağlı müzakirələrə gəlincə, Rusiya lideri deyib: "Nəticələr işğalçılar üçün daha faciəli olacaq, bizim onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Məgər onlar başa düşmürlər ki, nüvə münaqişəsi təhlükəsi var?".
Putin davam edir: "Güclü Rusiya olmadan möhkəm qlobal nizam mümkün deyil. Biz ərəb ölkələri və Latın Amerikası ilə əlaqələrin gücləndirilməsinin vacib olduğunu düşünürük".
Oxşar xəbərlər
Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
23:13 10.08.2026
İlham Əliyev və Paşinyan birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
22:30 10.08.2026
Xəbər lenti
Hamısına bax
Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR
15:17 11.08.2026
Cəmiyyət
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya