Qatar artıq çoxdan keçib
00:16 25.09.2021
Siyasət
909
Zəngəzur dəhlizi çox yaxın aylarda açılacaq
Nə Ermənistan, nə Rusiya bir daha Azərbaycanın səbrini sınamağa risk etməzlər
23 sentyabrda Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun ((Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısında iştirak edib. İclasda Ceyhun Bayramov çıxışı zamanı səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayaraq ölkəmizin sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb. Nazir çıxışında keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regional əməkdaşlıq və inkişaf, o cümlədən bölgədə kommunikasiya xətlərinin açılması üçün yeni perspektivlər yaratdığına toxunub.
Bu xüsusda, azad olunmuş ərazilərimizdə təşəkkül tapan yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacağını diqqətə çatdırıb.
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında Zəngəzur dəhlizinin yaxın aylarda açılacağını vurğulayıb. O qeyd edib ki, Qarabağ probleminin həll edilməsi Zəngəzur dəhlizinin açılması üzərində qurulmuşdu:
"Bu tək Azərbaycanın və Türkiyənin yox, beynəlxalq güclərin də istəyi idi. Bu prosesə təkan verən qüvvələr Zəngəzur dəhlizinin açılmasına beynəlxalq səviyyəli prosesin regional ayağı kimi baxırdılar. Odur ki, Azərbaycan, Türkiyənin iştirakı ilə bu reallıq gerçəkləşdi. Ermənistanda parlament seçkisindən öncə Zəngəzur dəhlizinin açılması prosesinə hazırlıq getdiyinin, buna etiraz edən ermənilərin qarşısının alındığı xəbərləri gəlirdi. Ermənistan və Rusiya beynəlxalq səviyyədə gedən bu prosesdən mümkün qədər çox dividend əldə etmək istədiyi üçün müəyyən manevrlər edirlər. Verilən bəyanatlar bəzən dəhlizin açılmasının mümkün olmadığı yönündə olsa da, bu, siyasi oyundan başqa bir şey deyildir. Ermənistan tərəfinin dəhlizin açılması ilə qazancı gələcək dövrlər üçün böyük olsa da, onlar çalışır ki, dəhlizin açılması prosesindən də xeyir götürsünlər. Bu dəhlizə görə onlara ödənəcək vəsaitdən tutmuş, Ermənistanı narahat edən müəyyən məsələlərin həllində güzəşt əldə etmək və s. kimi müxtəlif məsələləri özündə birləşdirir. Ermənistan tərəfi nə mümkündürsə, prosesi ancaq ləngitməklə əldə etmək istəyir, Rusiyanın da məntiqi eynidir".
A.Qasımov əlavə edib ki, Rusiya daha böyük oynayır və o tək bölgədəki proseslərlə kifayətlənmir:
"Rusiyanın istəkləri arasında Qarabağdakı sülhməramlıların uzun müddətə orda qalmasından tutmuş, Suriya, Liviya, Ukrayna kimi problemli bölgələrdə Türkiyədən müəyyən güzəştlər almaq istəyinə kimi uzanır. Bu baxımdan, hesab etmək olar ki, Zəngəzur dəhlizinin açılması prosesi uzun çəkə bilər, amma məsələ bir o qədər də mürəkkəb deyil. Məsələ ondadır ki, rus və erməni tərəflərinin arzuları və istəkləri çox ola bilər, amma əsas Azərbaycanın nə istədiyidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, "Zəngəzur dəhlizi nə yolla olursa-olsun açılacaq. İstər güc, istərsə də sülh yolu ilə." Hesab edirəm ki, rus və erməni tərəfi Azərbaycanın səbri ilə oynamağın cavabını 44 günlük müharibə dövründə aldı və bir daha bu səbri sınamağa risk etməyə cəhd etməzlər".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil