
Qərb koalisiyası İrəvanı cəsarətləndirib
12:41 17.08.2024
Siyasət
549
Ermənistanın gərginlik yaratmaq niyyəti ortadadır
Ekspertin sözlərinə görə, ələlxüsus COP29 tədbiri ərəfəsində şərti sərhədlərdə təxribat planlarının olması ehtimalı var
Ermənistan silahlı qüvvələri avqustun 15-16-da Naxçıvan istiqamətində yerləşən mövqelərimizi atıcı silahlardan atəşə tutub. Sülh müzakirələrinin getdiyi bir vaxtda rəsmi İrəvanın yenidən təxribata əl atması diqqət çəkir. Maraqlı məqam İrəvanın ABŞ-nin Ermənistana hərbi dəstək verməsi fonunda Azərbaycana qarşı intensiv təxribatlara başlamasıdır. Bildiyiniz kimi, ABŞ-dən Ermənistana hərbi təyyarələr gəlib. Buradakı hərbi yüklərin Zəngəzurdakı bazaya yerləşdirilməsi haqda iddialar var. Hətta amerikalı zabitlər erməni hərbçilərinə təlimlər keçir, onları hazırlaşdırır. Lakin Azərbaycan Ordusu üçün bu təxribatların kimin tərəfindən, niyə törədilməsinin əhəmiyyəti yoxdur. Ordumuz bu cür təxribatlara adekvat cavab verir. Təxribatlar genişlənərsə, Ermənistan hərbi mövqelərinə kifayət qədər sərt cavab zərbəsi endirilə bilər. Görünür, 44 günlük müharibədən lazımi dərsi çıxarmayan Ermənistan hələ də yalnız güc yolundan anlayır.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistanın qərb koalisiyası qüvvələrinin cəsarətləndirilməsi fonunda yeni gərginlik yaratmaq niyyəti ortadadır. Ekspertin sözlərinə görə, ələlxüsus COP29 tədbiri ərəfəsində şərti sərhədlərdə təxribat planlarının olması ehtimalı var:

"Sözügedən ərazilər Zəngəzur dəhlizinin keçəcəyi ərazilər olduğu üçün gərginliyin yaranmasında Azərbaycanın maraqlı olduğunu göstərməyə çalışırlar. Ermənistanın silahlanması, ABŞ-nin təlimləri fonunda Azərbaycanı sülh sazişindən uzaqlaşdıraraq yeni münaqişəyə təhrik etməyə çalışırlar. Amma Ermənistan bunun nəticələrinə hazır olmalıdır. Təxribat cəhdlərinə lokal və taktiki səviyyədə adekvat cavab veriləcək. Ermənistan ağlını başına yığmalıdır. 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirlərində Ermənistan ciddi zərbələr aldı. Ermənistan bundan dərs çıxararaq atəşkəsin pozulması hallarına son verməlidir".
E.Şıxəliyev vurğulayıb ki, İrəvan sülh sazişinin bağlanmasına çalışmalıdır: "Ermənistanı sülh müqaviləsi bağlamamağa sövq edənlər var. Gərginliyin bütün bölgələrdə artdığını görürük. Ermənistan üzərindən Cənubi Qafqazda yeni müharibə çıxartmaq planları var. Azərbaycan tərəfi bunun fərqindədir. Səbirli davranmağımızın əsas səbəblərindən biri də qarşı tərəfin çirkli niyyətlərindən məlumatlı olmağımızdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya