Rəsmi Bakı: Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında əlaqə sözün əsl mənasında maneəsiz olmalıdır
10:11 17.04.2025
Siyasət
385
Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində önəmli istiqamətlərdən biri sərhədlərin delimitasiya/demarkasiyasıdır və Dövlət Komissiyalarının fəaliyyətidir.
Sherg.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu istiqamətdə işləri yüksək qiymətləndirir: “2024-cü il bu baxımdan yaddaqalan oldu. İlk dəfə olaraq danışıqlar vasitəsilə razılığa gəlindi, 90-cı illərin əvvəlindən Ermənistanın işğalı atlında olan Qazaxın 4 kəndinin azad olunması prosesi baş tutdu. Dövlət Komissiyaları arasında təmaslar davam edir, bu prosesin növbəti aylarda da davam etməsi gözlənilir. Azərbaycan prosesə ümumilikdə nikbin baxır”.
Ceyhun Bayramovun sözlərinə görə, digər məsələ ölkələr arasında nəqliyyat əlaqələrinin açılmasıdır: “Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz keçidin bərpası mövzusu da var. Uzun müddət ərzində bu məsələ ətrafında danışıqlar intensiv gedirdi. Əfsuslar olsun ki, bu məsələ üzrə hələ də əməli nəticə əldə edilməyib. Azərbaycan bu istiqamətdə irəliləyir, Ermənistan hələ də bu razılaşmanın icrasını icra etməyib. Azərbaycan ümumi kommunikasiyaların açılmasına əlavə olaraq, qərb bölgələri ilə Naxçıvan arasında əlaqənin qurulmasına xüsusi yanaşma tələb edir. Çünki belə hal yoxdur ki, bir ölkə iki hissəyə parçalanmış olsun. Mən bunun tarixi aspektlərinə toxunmaq istəmirəm. Ermənistan hələ 2020-ci ildə maneəsiz keçid üzrə öhdəlik götürüb və bu yerinə yetirilməlidir. Azərbaycan üçün bu keçid sözün əsl mənasında maneəsiz olmalıdır, heç bir maneə olmamalıdır. Bu elə bir öhdəlik olmalıdır ki, Ermənistanın qanunvericiliyində hər hansı gələcək dəyişikliklər bu vəziyyəti qısa, uzun və ya orta perspektivdə dəyişmək imkanı yaratmasın. Çünki biz bunu bir dəfə yaşamışıq. Sovet dönəmində bizim maneəsiz keçidimiz var idi, amma bu pozuldu və 300 mindən çox əhalisi olan bölgə blokada şəraitində qaldı. Hər hansı siyasi konfiqurasiyanın dəyişməsi elementlərindən asılı olmayaraq, sərbəst və maneəsiz keçidin təmin olunmasını Azərbaycan gözləyir və bu istiqamətdə səylərimiz davam edir”.
Oxşar xəbərlər
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB
18:50 08.10.2026
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannaməsi qəbul edilib
17:54 08.10.2026
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət