Rəsmi Bakı dünyada gedən proseslərin ən vacib anını gözləyir: “Əməliyyatlara başlamağa hazırlaşır”
Banuçiçək Kalbalıyeva
05:41 28.03.2021
Siyasət
1100
“Azərbaycan Qarabağda terrorçulara qarşı əməliyyatlara başlamağa hazırlaşır. Neçə gündür ki, Qarabağda yaşayan ermənilərin özləri üçün təsis etdikləri rejimini ikinci "dövlət" dili olaraq rus dilini seçməsi Azərbaycan sosial mediasında bomba effekti doğurub”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli özünün Facebook hesabında yazıb. O, məsələnin mahiyyətini “Sherg.az”a izah etdi:
“Hər kəs bilir ki, Azərbaycan tərəfi bu qələbəni Prezidentin, xalqın və ordunun, regional və qlobal dostların da yardımı ilə qazandı. 44 günün hekayəsi bütün arqumentləri aradan qaldırmaqla yanaşı, sırf yeni reallıqlar doğurdu. Həm də regionda aktorları, güc nisbətlərini dəyişdirdi. Cəmi 25 faiz ərazinin aqibəti hələlik məlum olsa da, yurisdiksiyamızdan kənarda qalıb. Bu situasiya hakimiyyət əleyhdarları, kolonlar, xarici əks - kəşfiyyat, asimmetrik müharibə elementləri daxil hər kəsin "qida" yeridir. Amma prosesin dinamikası, “oyunçu”lar, maraqlar təhlil edilmədən ictimai rəyi yönləndirənlər, buna şərh verənlər nəticəyə təsir etməsələr də, ciddi şəkildə daxili təzyiq yarada bilirlər”.
Ekspert mövcud situasiyada ölkəmizin addımları barədə də danışdı:
“Belə bir şəraitdə Azərbaycan ordu hazırlığını artırır, silahlanır. Müttəfiqlərlə münasibətləri gücləndirilir. Qarabağda ermənilərin təxribatlarına imkan yaradaraq onları və himayədarlarını növbəti dəfə qlobal səviyyədə günahkar durumuna düşürür. Həmçinin əməliyyatlar üçün ideal imkan yaradır. Rəsmi Bakı bunlardan əlavə, dünyada gedən proseslərin ən vacib anını gözləyir. Məsələn, ABŞ - Rusiya münasibətləri, Avropa Birliyi ilə baş verən hadisələr, İranla yaşananlar və Çin - Britaniya baxışının modifikasiya edilməsi və digər məqamları nəzərdə tuturam. Bunlardan ən vaciblərindən biri isə yeni dünya nizamı - Atlantik məkan ənənəvi Şərqə qarşı toqquşmalar fonunda daha böyük coğrafiyaya- təkcə fiziki mənada deyil-sahib olmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə