
Rəsmi Bakı Kremldən tələb etməlidir: “Üçtərəfli razılaşmalara əməl olunsun”
Rəsmi Bakı Kremldən tələb etməlidir: “Üçtərəfli razılaşmalara əməl olunsun”
Yusif Nəzərli
20:14 04.10.2021
Siyasət
745
"Rusiya mövcud üçtərəfli razılaşmalardan irəli gələn vəzifələri yerinə yetirməyi əsas götürür".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin sədr müavini Aleksey Zaytsev həftəlik brifinqdə bildirib. O, son Qarabağ savaşının ildönümünə dair suallara cavab verərkən qeyd edib ki, münaqişədə həlak olanların yaxınlarının kədərinə tam olaraq şərik çıxırlar:
“Bu cür faciələrin gələcəkdə bir daha baş verməməsi üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən il 10 noyabr və cari ilin 11 yanvar tarixli bəyanatlarının etibarlı zəmanət yaratmasına tam olaraq inanırıq”.

Rusiya XİN-in açıqlamasını “Sherg.az”a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, rəsmi Moskva müharibə bitdiyi gündən üçtərəfli razılaşmalardan bəhs edir:
“10 Noyabr birgə bəyanatının bir neçə bəndinə əsasən Rusiya öhdəliklərini yerinə yetirməlidir.
Birincisi, erməni silahlı birləşmələrini bu ərazilərdən çıxarılmalı, kommunikasiyalar açılmalı, Azərbaycan məcburi köçkünləri Ağdərə, Xocavənd və Xankəndində məskunlaşdırılmalıdır. Həmçinin Rusiya burada vasitəçi tərəfdir və konkret olaraq prosesi uzadır.
Baş nazirlərin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın işini ləngidir. Strateji mütəffiqi olmasına baxmayaraq Ermənistana bununla bağlı təzyiq göstərmir.
Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatına deyil, onların real işlərə hansı töhfəni verəcəklərinə diqqət etməliyik. Bir il müddətində Rusiya tərəfi sülhməramlıların Qarabağdakı fəaliyyəti ilə bağlı Azərbaycana problemlər yaradıb.
Bu üzdən Rusiya XİN-in verdiyi bəyanatı rəsmi Bakı ciddi qəbul etməməlidir. Rusiyadan tələb etməlidir ki, üçtərəfli razılaşmalara əməl olunsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi