"Rusiya ilə münasibətlərin gərginləşməsi Azərbaycana xeyir vermir" - Sabir Rüstəmxanlı
"Rusiya ilə münasibətlərin gərginləşməsi Azərbaycana xeyir vermir" - Sabir Rüstəmxanlı
16:42 12.02.2025
Siyasət
1022
“Bu mənim şəxsi düşüncəmdir. Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər”
Azərbaycanla Rusiya arasında münasibətlərdə çatlar dərinləşir. Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, daha sonra rusiyalı deputatlar və ekspertlər də bu "xor"a qoşulublar. Maraqlıdır ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın raketi ilə vurulması nəticəsində qəzaya uğraması nəticəsində yaşanan faciədən sonra Rusiya dairələri təəccüblü halda əvvəlcə inkaretmə, daha sonra isə hadisəni ört-basdır etmə yolunu tutdular.
Prezident İlham Əliyevin davamlı israrından sonra hadisə ilə bağlı üzrxahlıq edilsə də, ardınca Azərbaycana qarşı qara piar, hətta hədə-təhdid kampaniyasına başlanıldı. Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsi ilə daha çox bu ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiqlər artmağa başladı. Hətta bəzi hallarda Rusiya vətəndaşı olan azərbaycanlılar da hədəfə çevrilir. Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov dost və müttəfiq münasibətlərinə zərər vuran bəyanatları yolverilməz hesab edib. Markov deyib ki, Rusiyanın məsuliyyətli dövlət xadimləri, ictimai xadimləri və deputatları Azərbaycanla yaxşı münasibətlərin korlanmaması üçün belə məsuliyyətsiz bəyanatlar verilməməsinə çağırış edir. Onun sözlərinə görə, Rusiyada kifayət qədər nüfuzlu türkəfob, o cümlədən azərbaycanafob qüvvələr var: "Onlar münasibətlərin indiki dövründən istifadə edib, Rusiya ilə Azərbaycan arasında mümkün qədər çox münaqişə yaratmağa çalışırlar. Onlar həmçinin, Rusiya ilə Türkiyə arasında münaqişə yaratmağı arzulayırlar".
Xalq şairi, keçmiş millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı "Sherg.az"a deyib ki, bu məsələlər barədə ciddi düşünmək lazımdır. Partiya rəhbəri qeyd edib ki, Rusiyanın son illərdə Azərbaycana xoş münasibəti, iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi bir sıra xarici ölkələrdə, o cümlədən Ermənistanda böyük qıcıq doğururdu:
"Erməni lobbisinin Rusiyadakı təsir gücünü, hətta rus familiyası ilə yaşayan ermənilərin gizli fəaliyyətini nəzərə alsaq, Moskva-Bakı gərginliyində erməni barmağının olması inkarediməzdir. Bu məsələdə ermənilərin ciddi marağı var. Çalışırlar ki, Azərbaycanla Rusiyanın münasibəti pozulsun. Rusiyanı tanıyırıq. Çar dönəmindən bu yana Rusiyanın Azərbaycanla bağlı apardığı siyasəti, xırda xalqları əzmək və assimilyasiya siyasətini çox yaxşı bilirik. Bunlar haqqında dəfələrlə yazılıb, deyilib. Amma indi Rusiya və Azərbaycan ayrı-ayrı müstəqil dövlətlərdir. Dövlətlər də insanlar kimi daha çox dost tutmağa çalışmalıdır, hətta düşməni də özünə dost etməlidir. Heç bir düşməni zəif görmək olmaz. Düzdür, Rusiya hazırda müharibə edir, dünya üstünə gəlir. Buna baxmayaraq, qonşumuzdur. Nə İranla, nə də Rusiya ilə münasibətlərin gərginləşməsi Azərbaycana xeyir vermir. Bu mənim şəxsi düşüncəmdir. Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər və s. Bu şəkildə yazılar Azərbaycana xeyir gətirmir. Naşılıqdan, iş bilməməkdən irəli gəlir. Azərbaycan hökuməti balanslı və təmkinli siyasət aparır və bunu davam etdirməlidir".
S.Rüstəmxanlı vurğulayıb ki, Rusiyada milyonlarla soydaşımız yaşayır:
"Sıx əməkdaşlığımız var, iqtisadi cəhətdən bir-birimizə bağlıyıq. Ona görə də Rusiya ilə münasibətləri qızışdırmaq, orada yaşayanlarımız üçün yeni problemlər yaratmaq yolverilməzdir. Problemlərimiz ortada ikən bu məsələlər bizə ziyan verər. Nəzərə alaq ki, Ermənistanı bütün Qərb dünyası, o cümlədən Hindistan kimi ölkələr silahlandırır. Ermənistanı yeni revanşa, müharibəyə hazırlayırlar. İranın da Ermənistanı müdafiə etdiyini nəzərə almalıyıq. Belə məqamda Rusiyanın da üzünü o yana çevirsək, Azərbaycan üçün yaxşı olmaz. Rusiya ilə münasibətləri normal saxlamaq lazımdır. Rusiyada Azərbaycan əleyhinə səslənən fikirlər Putin administrasiyasından daha çox gizli erməni dairələrinin mövqeyidir. Rus məktəbləri ilə bağlı da uzun illər öz fikrimi demişəm. Amma indi Rusiya-Azərbaycan münasibətlərinə bunun dəxli yoxdur. Dövlətin milli dil siyasəti ayrı məsələdir. Onu bu məsələyə qarışdırmaq olmaz".
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Xəbər lenti
Hamısına bax
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə