"Rusiya qeyri-adi addım atdı"
Yusif Nəzərli
08:48 10.03.2022
Siyasət
591
Osman Gündüz: "Oğurluğa icazə verməyə başladı”
“Rusiya sanksiyaların təsirini azaltmaq üçün daha bir qeyri-adi addım atdı, oğurluğa icazə verməyə başladı”. Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Ekspert bildirib ki, Rusiya kütləvi sanksiyalar səbəbindən çökən İnformasiya Texnologiyaları (İT) ekosistemi xilas etmək üçün təcili qərarlar verib:
“Bu qərarlarda 27 yaşadək İT mütəxəssislərinin hərbidən azad edilməsi, İT şirkətlərin vergilərinin sıfırlanması, çoxsaylı güzəştlər, mütəxəssislərin evlə təmin edilməsi, mobil operatorların gəlir vergilərinin 3 faizə endirilməsi və s. nəzərdə tutulurdu. Rusiya İT bazarının vəziyyətini nəzərdən keçirəndə müşahidə etdim ki, hökumət vəziyyətdən çıxmaq üçün daha bir inanılmaz qərar hazırlayır. Pirat proqram təminatından, oğurluq İT məhsullardan istifadə ilə bağlı cinayət məsuliyyətini və inzibati məsuliyyəti ləğv etməyə hazırlaşır. Yəni hansı qlobal İT şirkət Rusiyaya sanksiya tətbiq edibsə, onun məhsulundan oğurluq istifadə etmək dövlət və özəl sektor üçün cinayət məsuliyyəti yaratmayacaq. Hansı xarici İT məhsulun yerli variantı yoxdursa, hamısına bu qərar tətbiq ediləcək. Hökumət yerli məhsul yaradılanədək bu cür absurd qərarın qüvvədə olacağını nəzərdə tutub. Oğurluğa icazə qısa zaman kəsiyi üçün uğurlu ola bilər, amma uzunmüddətli dövr üçün yararlı olmayacaq”.
O.Gündüz vurğulayıb ki, strateji, kritik sahələr üçün “oğurluq” məhsullardan istifadə ciddi risklər yaradacaq:
“Nəhəng sistemlər tez-tez çökəcək. İT məhsul istehsalçıları məhsulu qorumaq üçün min cür metodlar tətbiq edirlər. Xüsusən, son dövrlərdə bu tip məhsullardan istifadə bulud texnologiyaları əsasında, abunə üsulu ilə reallaşdığından bu tip məhsullardan tam rejimdə, bütün imkanları ilə istifadə mümkün olmayacaq. Güman etmək olar ki, xarici istehsalçılar da piratçılıqla mübarizə üçün əlavə texnoloji və hüquqi proseduralar müəyyən edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz