“Rusiya təmaslara mane olmamalıdır”
11:36 23.09.2021
Siyasət
451
“Fəqət, birbaşa təmaslar Moskvaya sərf etmir”
“Çünki bu zaman Kremlin bölgədəki moderatorluq missiyası arxa plana keçəcək, hegemonluq ambisiyalarına zərbə dəyəcək”
“Paşinyanın vaxtı uzatmaq məqsədilə Gürcüstana müraciət etdiyini düşünmürəm. Bu, ona nəsə qazandırmayacaq. Əksinə, əlaqələrin bərpası ən çox İrəvana sərf edir”
Gürcüstanın xarici işlər naziri David Zalkaliani baş nazir İrakli Qaribaşvili və Türkiyənin dövlət başçısı arasında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşü şərh edərkən vasitəçilikdən danışıb. Onun sözlərinə görə, Gürcüstanın tərəfdaşları ölkənin irəli sürdüyü təkliflər barədə yaxşı məlumatlıdırlar: “Biz Tbilisinin Cənubi Qafqazda dayanıqlı sülh üçün platformaya çevrilməsi, yeni təşəbbüs və layihələrimizlə bağlı türkiyəli tərəfdaşlarımızdan daha bir güclü dəstək aldıq. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyini çox müsbət qiymətləndirib”.
XİN başçısı qeyd edib ki, görüşdə həmçinin Gürcüstanın bölgədəki mühüm rolunun gələcək perspektivləri və ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.
ReAL partiyasının icraçı katibi Natiq Cəfərli Gürcüstanın vasitəçiyi barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Bildiyimə görə, bunu Paşinyan gürcüstanlı həmkarından xahiş edib. Yəni təklif Ermənistandan gəlib. Fikrimcə, vasitəçiyə ehtiyac yoxdur. Məsələni birbaşa təmaslarla, daha tez həll etmək mümkündür. Ermənistan səmimidirsə, proseslər sürətlənə bilər. Əslində bu, düşmənin özünə də sərf edir. Çünki İrəvan Qərbə inteqrasiya etmək istəyirsə, Azərbaycan və Türkiyənin körpü olduğunu nəzərə almalı, bizimlə münasibətləri yaxşılaşdırmalıdır. Türkiyə ilə Ermənistan arasında geniş sərhəd xətti var. Qardaş ölkə torpaqlarımızın işğalından sonra kommunikasiya xətlərini bağlamışdı. Amma indi əlaqələrin bərpası bizə sərf edir. Çünki Ankaranın İrəvan üzərində təsir qüvvəsi artdıqca Bakının da “əli güclənəcək”. İndi əsas məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələ həllini tapsa, Tiflisdəki görüş region ölkələri üçün faydalı ola bilər”.
N.Cəfərlinin sözlərinə görə, Paşinyan Türkiyə ilə əlaqələrin bərpasını uzun müddətdir arzulayır:
“Paşinyan hələ jurnalist olduğu vaxtlardan Türkiyə ilə təmaslardan, Qarabağın onlar üçün artıq yük olduğundan danışır, yazırdı. Yəni indiki mövqe yeni deyil. Sadəcə proseslərə mane olan kənar qüvvələri neytrallaşdırmaq lazımdır. Rusiya təmaslara mane olmamalıdır. Fəqət, birbaşa təmaslar Moskvaya sərf etmir. Çünki bu zaman Kremlin bölgədəki moderatorluq missiyası arxa plana keçəcək, hegemonluq ambisiyalarına zərbə dəyəcək.
Paşinyanın vaxtı uzatmaq məqsədilə Gürcüstana müraciət etdiyini düşünmürəm. Bu, ona nəsə qazandırmayacaq. Əksinə, əlaqələrin bərpası ən çox İrəvana sərf edir. Ermənistan indi dərin siyasi-iqtisadi-psixoloji böhran içindədir. Bu vəziyyətdən çıxmaq üçün ölkəyə xarici investisiyalar daxil edilməli, iqtisai artım olmalıdır. Ən yaxşı çıxış yolu isə məhz Ankara ilə yaxınlaşmaqdır.
Lakin daxildə hələ də türkəfobiya var. Deməli, Paşinyana ən böyük çətinlik yaradanlar elə öz vətəndaşlarıdırlar”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya