
Rusiya-Ukrayna prezidentlərinin görüşü! - Razılaşma əldə olunacaqmı?
Yusif Nəzərli
14:36 09.03.2022
Siyasət
616
Martın 7-də Rusiya və Ukrayna arasında danışıqların 3-cü raundu baş tutub. Müzakirələr nəticəsində humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlərin olduğu vurğulanıb.Görüşdə atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib.Tərəflər arasında danışıqların dördüncü mərhələsinin isə yaxın günlərdə baş tutacağı gözlənilir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri,politoloq Samir Hümbətov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, geridə qalan üç raundda böyük nəticələr əldə olunmayıb:
“Burda diqqət çəkməli olduğumuz əsas məqam keçirilən görüşlərdə kimlərin iştirak etməsidir. Həmin şəxslər müdafiə naziri, xarici işlər nazirinin müavini və s. rəsmilər olur.
Bu onu göstərir ki,tərəflər arasında keçirilən görüşlər müvəqqəti atəşkəsin yaradılmasına hesablanıb. Ona görə də dördüncü raundda da münaqişə ilə bağlı müsbət razılaşma əldə olunmayacaq”.
Politoloqun qənaətincə, indiki məqamda Ukrayna xarici işlər naziri Dmitro Kuleba və Rusiya XİN başçısı Sergey Lavrovun “Antalya Diplomatiya Formu”unda keçiriləcək görüşlərindən pozitiv nələrsə gözləmək mümkündür:
“ Eyni zamanda Putinin Türkiyəyə gözlənilən səfərindən də nəsə nəticə əldə etmək olar. Ümumilikdə isə düşünürəm ki, hazırkı münaqişəyə əsas təsiredici qüvvə Rusiya və Ukrayna prezidentlərinin görüşü ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm