"Bu, çox yaxşı xəbərdir. Bu xəbərə çox sevindim. Ona görə sevinirəm ki, bəzən xırda bir detal, kiçik bir işarə böyük bir yazının, məqalənin, böyük bir təbliğatın gördüyü işdən, göstərdiyi təsirdən daha böyük olur. Azərbaycanın bayatıları haqqında adətən belə deyirlər ki, bir bayatı bəzən bir romanın deyə bilmədiyini deyir, göstərə bilmədiyi təsiri göstərə bilir. Bu kibrit qutusu da məndə belə bir təsir oyatdı. Bu kibrit qutusunun məhz Rusiyada istehsal edilməsi xüsusilə yaxşı haldır. Qutunun üzərində “Xankəndi” yazılması və fotonun Xankəndiyə girişdə qoyulmuş lövhədən götürülməsi xüsusi əhəmiyyət daşıyır. Əladır. Çünki bu, brenddir. Bir işarədir. Xankəndinin Azərbaycan şəhəri olduğunu təsdiq edən bir göstəricidir".
Rusiyada kibrit qutusunun üzərində "Xankəndi"...
03:14 05.09.2024
Siyasət
596
Kibrit sadə xalq üçündür, istehsalçı böyük ehtimalla kibritin sadə insanlar, cəmiyyət arasında yayılmasını hədəfləyib
“Bəzən xırda bir detal, kiçik bir işarə böyük bir təbliğatın gördüyü işdən, göstərdiyi təsirdən daha böyük olur”
Rusiyada istehsal edilmiş kibrit qutusunun üzərində "Xankəndi" yazılması maraqla qarşılanıb. Bu barədə görüntülər və məlumat sosial şəbəkədə yayılıb. Məlumatda bildirilir ki, üzərində “Xankəndi" yazılmış kibrit qutusu Rusiyanın Şirokovets şəhərində "Fesko" Səhmdar Cəmiyyəti tərəfindən buraxılıb. Müəyyən bir ölkənin atributlarını, məşhur məkanlarını, ölkəyə məxsus brendləri özündə ehtiva edən, milli-mədəni xüsusiyyətlərin göstəricisi olan suvenirlər, əşyalar hər zaman istehsal edilib və edilməkdədir. Xüsusilə də xarici qonaqların marağı nəzərə alınaraq. Məlumdur ki, hər hansı ölkəyə səfər edən insanlar orada suvenirlər əldə etməyə həvəs göstərir. Son illərdə, məsələn, müxtəlif formalı və məzmunlu maqnitlər populyardır. Azərbaycana, Bakıya aid ən müxtəlif formalı, geniş çeşiddə maqnitlər istehsal edilir və satışa çıxarılır. Paytaxtın çərkəzi hissələrində, İçərişəhərdə bu cür suvenirlər, maqnitlər satışda daha çoxdur. Bəllidir ki, bu, turistlər üçün nəzərdə tutulub. Amma doğma Qarabağımızın 30 illik işğalına son qoyulmasından artıq 4 ilə yaxın müddət keçsə də, məhz Qarabağla bağlı suvenirlərə rast gəlinmir. Bu mənada üzərində “Xankəndi” yazılmış kibrit qutusunun istehsalı, həm də Rusiyada istehsalı sevindirici hadisədir.
Bununla bağlı “Sherg.az"a açıqlamasında yazıçı-publisist, şuşalı həmkarımız Kərim Kərimli də üzərində “Xankəndi” yazılmış kibrit qutusunun istehsalına çox sevindiyini dedi:
"Bu, çox yaxşı xəbərdir. Bu xəbərə çox sevindim. Ona görə sevinirəm ki, bəzən xırda bir detal, kiçik bir işarə böyük bir yazının, məqalənin, böyük bir təbliğatın gördüyü işdən, göstərdiyi təsirdən daha böyük olur. Azərbaycanın bayatıları haqqında adətən belə deyirlər ki, bir bayatı bəzən bir romanın deyə bilmədiyini deyir, göstərə bilmədiyi təsiri göstərə bilir. Bu kibrit qutusu da məndə belə bir təsir oyatdı. Bu kibrit qutusunun məhz Rusiyada istehsal edilməsi xüsusilə yaxşı haldır. Qutunun üzərində “Xankəndi” yazılması və fotonun Xankəndiyə girişdə qoyulmuş lövhədən götürülməsi xüsusi əhəmiyyət daşıyır. Əladır. Çünki bu, brenddir. Bir işarədir. Xankəndinin Azərbaycan şəhəri olduğunu təsdiq edən bir göstəricidir". K.Kərimli qeyd etdi ki, kibrit qutusunun üzərində “Xankəndi” sözünün latın qrafikasıyla verilməsi heç bir problem yaratmır:
"Bu qutu Rusiyada istehsal edilib. Bəli, Xankəndi sözü latın qrafikasıyla verilib, çünki şəhərə girişdə qoyulmuş lövhədən çəkilmiş şəkildir. Onu dəyişmək olmaz. Həm də qutunun o biri üzündə məlumatlar rus dilində verilib. Orada, sadəcə bir hərf fərqi var. Məncə, bu da Xankəndi adının oxunmasına heç bir əngəl, maneə yaratmır. Digər tərəfdən, işğal dövründə və 44 günlük Vətən Müharibəsi zamanı da Rusiyanın maraqlı dairələri kifayət qədər məlumatlı oldular, bildilər ki, Xankəndi şəhərin əsl adıdır. Ümumilikdə Qarabağ, Xankəndi haqqında kifayət qədər bilgilərə sahibdirlər. Başqa hansısa dildə yazılmasına ehtiyac yoxdur. Xankəndi sözü asanlıqla oxunacaq ruslar və ya digər xalqlar, millətlər tərəfindən. Fikir vermisinizsə, Rusiyada siyasi dairələr, ziyalılar, jurnalistlər Xankəndi adını işlətməyə başlayıblar artıq".
K.Kərimli bildirdi ki, kibrit sadə xalq üçündür. İstehsalçı böyük ehtimalla kibritin sadə insanlar, cəmiyyət arasında yayılmasını hədəfləyib:
"Buna ilk növbədə təbliğat vasitəsi, Azərbaycan həqiqətlərinin yayılması, Qarabağın, Xankəndinin tanıdılması vasitəsi kimi baxa bilərik. Amma bununla yanaşı kiçik kommersiya marağı da ola bilər. İnsanların həssas nöqtəsinə toxunmaqla gəlir əldə etmək məqsədi də var. Kibrit mahiyyət etibarilə bahalı, gözəgəlim əşya deyil, amma milyonlarla qutu istehsal edilir. Bu da toplamda böyük gəlir gətirə bilər. İstənilən nöqtədən baxanda müsbət haldır. Belə rəmzi əşyaları burada – bizim ölkədə də istehsal etmək mümkündür. Hətta, məsələn, Qarabağın bölgələrinəaid kibrit qutusu dəsti də istehsal etmək olar. Qonaqlara, dostlara hədiyyə edilər. İnanıram ki, hər kəsə xoş təsir bağışlayar. Mən bir çox ölkədə olmuşam, dostlar müxtəlif suvenirlər hədiyyə ediblər. Sonra onlara baxanda insan həmin ölkəni, şəhəri, dostlarını yada salır, bu da insanda xoş əhvali-ruhiyyə yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual