"Rusiyadan ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirilir"
Yusif Nəzərli
08:23 05.04.2022
Siyasət
722
Samir Hümbətov:"Bəzi rusiyalı şəxslər Azərbaycana qarşı səsləndirdiyi belə absurd təhdidlərlə yalnızca özünə ziyan gətirə bilər"
“Rusiyadakı bəzi dairələr yenidən ölkəmizlə bağlı çirkin addımlarını davam etdirməkdədirlər”. Bunu “Şərq”ə açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib. Analitik bildirib ki, son 1 həftə ərzində ikinci dəfədir ki, şimal qonşumuzdan ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirilir:
“Bir neçə gün öncə Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycana qarşı sərsəm bəyanat vermişdi. İndi isə keçmiş deputat və Kremlin propaqanda maşınlarından biri, Dumanın müdafiə komitəsinin keçmiş müavini Aleksandr Şerin açıqlama verərək Azərbaycan və Yaponiyanı “İsgəndər” və “Kalibr” rakertləri ilə təhdid ediblər. Fikrimcə, son bir həftə ərzində Rusiyadakı bəzi dairələr tərəfindən ölkəmizə qarşı səsləndirilən belə açıqlamalar məqsədli şəkildə atılan addımların tərkib hissəsidir.
Ukrayna bataqlığında 5 həftədən çoxdur boğulan Rusiya ordusunun bundan sonra hələ uzun müddət özünə gələ bilməyəcəyini anlamaq istəməyən bəzi rusiyalı şəxslər Azərbaycana qarşı səsləndirdiyi belə absurd təhdidlərlə yalnızca özünə ziyan gətirə bilər.
Rusiya öz təhlükəsizliyini qorumaq istədiyi kimi digər dövlətlər də öz maraqlarını qoruyurlar. Şerinin açıqlaması həm də onu göstərir ki, İkinci Qarabağ savaşı zamanı “İsgəndər” raketlərinin Ermənistana verilməsi ilə bağlı Rusiya tərəfinə ünvanlanan sualın hələ də cavabsız qalması məhz bundan qaynaqlanır.
Aleksandr Şerinə görə, hansı Rusiya rəsmisi açıqlama verəcək və onun fikirlərinin yanlış olduğunu bildirəcək?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət