Rusiyalı spiker Ermənistanı “yalançı siyasət” yürütməməyə çağırıb

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanı “yalançı siyasət” yürütməməyə çağırıb.

Sherg.az-ın məlumatına görə, Volodin bildirib ki, Ermənistan həm Avropa İttifaqına üzvlüyə hazırlaşır, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) imkanlarından istifadə edir. Onun sözlərinə görə, bu yanaşma düzgün və səmimi deyil.

“Avropa İttifaqına gedirsinizsə, gedin. Amma o zaman burada güzəştlərdən istifadə etməyə ehtiyac yoxdur”, - deyə Volodin bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 24-də parlamentdə çıxışı zamanı ölkənin Avropa İttifaqına üzvlük üçün müraciətin hazırlanmasına yaxın zamanda başlanacağını açıqlayıb. Ermənistan hazırda Aİİ-nin üzvüdür.