Rusiyanın Zelenskini öldürmək planı ola bilməz
Yusif Nəzərli
08:04 01.03.2022
Siyasət
850
Bu cür informasiyalar müharibə şayiəsindən başqa bir şey deyil
“The Times” nəşrində qeyd olunub ki, Kremlin tapşırığı ilə Ukrayna Prezidenti Zelenski və nazirləri öldürmək üçün göndərilən 400 muzdlu hazırda fəaliyyətdədir: “Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxs tərəfindən idarə olunan “Vaqner” özəl hərbi şirkəti beş həftə öncə Zelenski hakimiyyətini başsız qoymaq missiyası ilə Afrikadan muzdlular göndərib”.
Məsələni “Şərq”ə şərh edən siyasi ekspert Turab Rzayev bildirib ki, bu heç də inandırıcı görünmür:
“Əgər Zelenskini öldürmək lazım olsa idi rus kəşfiyyatı bunun üçün öz və ya digər xüsusi xidmət orqanlarının nümayəndələrini cəlb edərdi. Bu məqsədlə Afrikadan hər hansısa döyüşçünü gətirmək lazım gəlməzdi. Rusiyanın özündə fərqli kateqoriyadan olan kifayət qədər xüsusi təyinatlı qüvvələr, eyni zamanda, özündə yaxın bölgələrdə kifayət qədər belə döyüşçülər var. Onlardan istifadə edə bilərdi. Bu cür informasiyalar müharibə şayiəsindən başqa bir şey deyil”. Analitikin fikrincə, Zelenskini indiki vəziyyətdə öldürmək Rusiyanı dünya siyasətindən tamamilə təcrid edə bilər: “Çünki dünya siyasətində ölkə rəhbərlərinə, prezidentlərə qarşı bu cür sui-qəsd cəhdləri heç bir halda xoş qarşılanmır. Rəsmi Moskva tərəfindən belə bir addım atılsa, Rusiya heç vaxt dünya cəmiyyətinə inteqrasiya edə bilməyəcək. Ona görə Kremlin bunu planlaşdırdığını düşünmürəm. İndi Rusiya Zelenskini hakimiyyətdən uzaqlaşdırıb, yerinə başqa birini gətirmək fikrində ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial