Ruslar Bakının silah tədarükündən pay almaq istəyir
09:28 26.09.2021
Siyasət
788
"Ərdoğan-Putin görüşündən öncə Prezident İlham Əliyevin Rusiya mediasına müsahibə verməsi təsadüfi deyil".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, Bakının bu görüşdən böyük gözləntiləri var:
"Sərhədin delimitasiyası üzrə müqavilə, sülh sazişinin hazırlanması, Qarabağda Rusiyanın təhlükəli addımlarının dayandırılması və s. Soçi görüşündə bu istiqamətində ciddi addımların atılacağı mümkündür. Xüsusilə Türkiyənin təklif etdiyi “altılıq platforması”nın reallaşması perspektivlərinin aydın göründüyü vaxt ölkə rəhbəri görüş öncəsi Rusiya mediasında mövqeyini bir daha gündəmə gətirir. “Dağlıq Qarabağ” və “status” yoxdur, olmayacaq da. Sərhədin delimitasiyası prosesinin də daxil olduğu sülh sazişi imzalanmalıdır. Ya Bakının istədiyi sülh olacaq, ya da müharibə dövründə olanlar yenidən təkrarlana bilər".
Analitikə görə, müsahibədə əsas məqamlardan biri Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığını davam etdirəcəyinə dair Prezidentin dedikləri idi:
“Müharibədən sonra Rusiyanı narahat edən, Bakı-Moskva xəttində son dövrlər müşahidə olunan gərginliyin səbəbləri sırasında rus silahları da yer alır. Qarabağ məsələsinin bitməsi ilə rusların Cənubi Qafqazda silah bazarı zəiflədi. Azərbaycan ordusunun modernləşməsi prosesində rus istehsalı silahlara üstünlük verilməyəcəyini anladılar. Şoyqunun Moskvada Karapetyana “Ermənistana silah tədarükü başlandı” sözlərinin ünvanı da Azərbaycan idi. Ruslar Bakının silah tədarükündən pay almaq istəyir. Bakı da istəyinə nail olmaq üçün Moskvanın istəyi ilə razılaşır: hərbi-texniki əməkdaşlıq davam edəcək. Prezidentin bunu Ərdoğan-Putin görüşündən öncə açıqlaması görüşdən istədiyi nəticəni almaq gözləntisindən irəli gəlir".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm