Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
13:54 10.03.2025
Siyasət
282
Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə gürcü həmkarı Şalva Papuaşvili ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb. Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və çoxşaxəli səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb.
Şalva Papuaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib və Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.
Görüşdə iki ölkə arasında yüksək səviyyəli səfərlərin intensivliyi müzakirə olunub. Şalva Papuaşvili qeyd edib ki, Gürcüstanın yeni seçilmiş parlamentinə ilk rəsmi səfərin Azərbaycan Milli Məclisinin sədri tərəfindən həyata keçirilməsi rəmzi və sevindirici haldır.
Görüşdə iki ölkənin qanunvericilik orqanları arasında, həm sədrlər, həm də komitə sədrləri arasında əlaqələr müsbət qiymətləndirilib. Görüş zamanı Gürcüstan və Azərbaycan parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb. Sənədin əməkdaşlığın gələcək inkişafı üçün əhəmiyyəti qeyd edilib.
Parlament sədrləri həmçinin Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti müzakirə edib və mehriban qonşuluq münasibətlərinin, sülhün və təhlükəsizliyin vacibliyini vurğulayıblar. Tərəflər strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi üzərində işləməyə hazır olduqları qeyd ediblər.
Sahibə Qafarova Şalva Papuaşvilini Azərbaycana dəvət edib.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm