Şarl Mişel: Rəsmi Bakı Avropa İttifaqının tərəfdaşıdır
Yusif Nəzərli
11:14 03.10.2023
Siyasət
554
Rəsmi Bakının Avropa İttifaqının tərəfdaşı olaraq qalır.
APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Euronews”a müsahibəsində bildirib.
“Azərbaycan bu gün tərəfdaşdırmı? Bəli, tərəfdaşdır. Bu, o demək deyil ki, münasibətlərimiz sadədir. Xeyr, sadə deyil. Çətinliklər varmı? Bəli, bu çətinliklər realdır və bunu başa düşmək lazımdır”, - o deyib.
Şarl Mişel, Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinə Avropa İttifaqının göz yumması ittihamına da münasibət bildirib: “Mən arqumenti başa düşürəm, lakin bu, düzgün deyil. Rusiyanın Ukraynaya təcavüzündən sonra biz Avropanın enerji təchizatını çox sürətlə diversifikasiya etmək qabiliyyətini göstərdik və buna görə də enerji təchizatı baxımından indi bir çox variantımız var”.
Şarl Mişel Aİ-nin Bakı ilə qaz müqaviləsinə yenidən baxmalı olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Ancaq indi bizim baxmalı olduğumuz məsələ Ermənistan və Azərbaycan arasında münasibətləri necə normallaşdırmaqdır ki, biz hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını qəti və mübahisəsiz şəkildə təmin edə bilək”.
O qeyd edib ki, Aİ hər iki tərəfin verdiyi vədlərə hörmətlə bağlı öhdəlik götürməsini təmin edən normallaşma prosesini təşviq edəcək. Şarl Mişelin sözlərinə görə, “mütləq prioritet sərhədlərlə bağlı danışıqların olmasını təmin etməkdir”.
“Məhz bu istiqamətdə irəliləyişi təmin edən Avropa vasitəçilik prosesidir, bura münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsi, həmçinin əlaqələnmə dediyimiz məsələ, yəni həm Ermənistan, həm də Azərbaycan əhalisinin regionda hərəkətini təmin edən imkanlarının olması daxildir”, - Aİ lideri əlavə edib.
Aİ Şurasının Prezidenti 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalandıqdan sonra Qarabağda olan Rusiyanın sülhməramlı qüvvələrinin lokal antiterror tədbirləri zamanı kənarda dayanmasını pisləyib.
“Rusiyanın erməni xalqına xəyanət etdiyi aydındır.
Rusiya bu sülh və təhlükəsizlik müqaviləsinə zəmanət vermək üçün yerdə əsgərlərinin olmasını istəyirdi. Amma biz görürük ki, hərbi əməliyyatlar ərazidəki Rusiya sülhməramlı qüvvələrinin zərrə qədər reaksiyası olmadan başlanıb. Digər tərəfdən, Avropa İttifaqının yerdə qüvvə və ya hərbi mövcudluğu yoxdur”, - Aİ lideri vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya