Sensasiya:“Cənubi Qafqazda ABŞ-la Rusiyanın mövqe savaşı...” - ŞƏRH
Banuçiçək Kalbalıyeva
11:40 22.04.2021
Siyasət
716
Qarabağ müharibəsindən sonra regionda müzakirə olunan əsas mövzu Rusiya ilə Ukrayna arasındakı hərbi-siyasi böhranın nə ilə nəticələnəcəyidir. Ekspertlərin fikirləri müxtəlifdir. Bəziləri hər ötən gün danışıqlar yolu ilə həll ehtimalının bir az da azaldığını düşünür, bəziləri isə müharibənin başlanacağını tamamilə istisna edir.
Ukraynada yaşayan türkiyəli jurnalist, Şərqi Avropa üzrə ekspert Deniz Berktayın sözlərinə görə, savaş barədə düşünmək tezdir. O, bu haqda proqnozlarını “Sherg.az”la bölüşdü:
“Rusiya ilə Ukrayna arasında münasibətlər son həftələr gərginləşməkdə davam edir. Amma bunun hərbi əməliyyatlarla nəticələnmə ehtimalı azdır. Düzdür, Rusiya Uktayna ilə sərhədə canlı qüvvə yığır. Buna baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenskinin də bir neçə dəfə dediyi kimi, sözügedən addım “əzələ nümayişidir”.
İkinci bir tərəfdən, Uktayna rəsmiləri də Moskvanın hücuma başlayacağını düşünmürlər. Onların fikrincə, belə bir fikir olsa, çoxdan reallaşardı. Həm də ona görə ki, 2014-cü ildə Rusiya hərbi birliklərini gecə vaxtı, hiss etdirmədən sərhədə yerləşdirirdi. İndi isə bunu günün günorta çağı, hər kəsin gözü qarşısında edir. Əslində məntiqli yanaşmadır.
Bəli, Rusiya 2014-cü ildə Krımı ələ keçirmişdi. Fəqət, o vaxtkı şərtlər belə deyildi. Həmin dövrdən fərqli olaraq, indi Ukraynada siyasi vəziyyət daha stabildir, xaos yoxdur. Ukrayna ordusu indi qat-qat güclüdür. Hətta Rusiyaya uduzsa belə, qarşı tərəfə ciddi itkilər vermək əzmindədir. Ona görə də Kreml həyati əhəmiyyət kəsb etmədikcə müharibəyə girməz”.
Jurnalist, həmçinin Qərb faktorundan da danışdı:
“Eyni zamanda ABŞ rəsmilərinin Rusiya ilə bağlı açıqlamalarının çox sərt olduğu da diqqət çəkir. Əvvəlcə ABŞ-ın, sonra isə Britaniyanın Ukraynadakı vəziyyəti bəhanə edərək Qara dənizə donanma yerləşdirməsi onların Qara dənizdə və Şərqi Avropada mövqe sahibi olmaq istəklərindən xəbər verir. Yəni Ukrayna böhranı əslində ABŞ-la Rusiya arasındakı mübarizənin bir hissəsidir. ABŞ- da Co Bayden hakimiyyətə gəldikdən sonra Moskvaya qarşı mövqe daha da radikallaşdı. İndi keçmiş SSRİ-də, yəni Cənubi Qafqaz, Belarus, Ukrayna, Moldova və başqa yerlərdə ABŞ-la Rusiya arasında mövqe savaşının daha da şiddətlənəcəyini görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq