Separatçıların aktivliyi: Yaxın 50 - 100 il ərzində...
13:10 21.12.2023
Siyasət
430
Qarabağ separatçısı Samvel Şahramanyan 44 günlük müharibənin şərtlərini araşdırmaq üçün Ermənistan parlament komissiyasının iclasında iştirak etdikdən sonra İrəvan hakimiyyəti ilə yaxınlaşıb.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Əlbəttə, söhbət yüksək rütbəli dairələrlə yaxınlaşmaqdan getmir. Çünki Qarabağdan gəldikdən sonra o, hələ də Paşinyanın qəbuluna düşməyib. Lakin Şahramanyan onun başının altına yastıq qoymağa və onu Qarabağa aid proseslərdən uzaqlaşdırmağa çalışan orta dairələrlə yaxınlaşıb. O, İrəvan hakimiyyətinə nə qədər biət etsə də, ona qeyd-şərtsiz etibar olmayacaq. Bu dairələrin vəzifəsi Şahramanyanı oyundan kənarlaşdırmaq və onun yerinə Samvel Babayanı (müharibə cinayətkarı - red.) irəli çəkmək, sonuncunu Qarabağ ermənilərinin işlərinə məsul şəxs təyin etməkdir. Bu yaxınlarda Babayan və Şahramanyan Qarabağ sakinlərinin evlərinə qayıtması məsələsini müzakirə etmək üçün görüşüblər. Babayan yenidən Qarabağ ermənilərinin qaytarılması məsələsini həll etmək üçün Azərbaycanla danışıqlara təkidlə icazə istəyib. Əgər o, bu işi bacarmasa, o zaman Qarabağ ermənilərini Zəngəzurda (Sünik) kompakt şəkildə yerləşdirməyə çalışacaq”, - məlumatda deyilir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, separatçıların dırnaq arası əsas liderləri Bakıda, həbsdədirlər. İndiki məqamda separatçıların hansısa, aktivliyinin Ermənistan Azərbaycan arasındakı gələcək sülh müqaviləsinə, münasibətlərin normallaşma prosesinə təsiri olacağını düşünmür:
“Çünki onların real təsir imkanları yoxdur. Faktiki olaraq sözügedən şəxslər Ermənistan hakimiyyətinə belə təsir etməkdə acizdilər. Nəticə etibarı ilə prosesin gələcəyi baxımından təhdid yaratmadıqlarını deyə bilərik. Separatçıların aktivliyin əsas səbəbi Qərbdən aldıqları qranddır. Onlar Qərbdən aldıqları dəstəyi itirməmək üçün vaxtaşırı canfəşanlıq edirlər. Ümumilikdə hazırda Babayanın və ya digər bir şəxsin Qarabağa qarşı separatçı fəaliyyət aparması mümkün deyil. Çünki Azərbaycan tərəfi Qarabağ ermənilərinin istədikləri zaman qayıda biləcəklərini, amma bunun üçün Azərbaycan qanunlarını tabe olmalı və Azərbaycan bayrağı altında yaşamağa razı olmalı olduqları şərtini qoyub. Təbii ki, bu prosesin gedişatında onların nə qədər səmimi olduqları da yoxlanılacaq. Yəni separatçılığın yenidən alovlanma ehtimalı yoxdur. Əgər Qarabağ erməniləri qayıdacaqsa, bunun təkliflərini və planını rəsmi Bakı hazırlayır. Belə ki, sözügedən proses baş verəcəksə Qərbi azərbaycanlılarda Ermənistana qayıtmalıdır. Nikol Paşinyan isə qəti şəkildə məsələyə qarşıdır. Nəticədə Paşinyanın ermənilərin Qarabağa qayıtmasına icazə verəcəyini də düşünmürəm. Bir sözlə Azərbaycanda separatizm yaxın 50 - 100 il ərzində yaşanmayacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi