Şərtləri qəbul etməsələr, böyük itkilər verəcəklər - ŞƏRH
Yusif Nəzərli
13:28 04.10.2023
Siyasət
422
“Ermənistan Kommunist Partiyası cəsarətini toplamalı, qatil Nikol Paşinyanı aradan götürərək müavini Mqer Qriqroyanı müvəqqəti olaraq baş nazir vəzifəsinə gətirməlidir”.
Bunu erməni politoloq Stepan Danielyan deyib.
“Niyə Mqer Qriqoryan? Çünki o, regionda kommunikasiya xətlərinin açılması üçün danışıqlarda iştirak edib (Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin işçi qrupu nəzərdə tutulur). O, İrəvan adına prosesi idarə edib, gedişatdan məlumatlıdır. Kommunist Partiyası anlamalıdır ki, Paşinyanın taleyi nazik ipdən asılıdır. Onun hakimiyyət salınması üçün proses başladılarsa, təhlükəsizlik qüvvələri qoruya bilməyəcək”, – S.Danielyan qeyd edib.
Stepan Danielyanın açıqlamalarını həm Azərbaycan həm də Ermənistan nöqteyi-nəzərdən “Sherg.az”a şərh edən politoloq Natiq Miri bu absurd fikirlərin çarəsizliyin nəticəsi olduğunu vurğulayıb:
“Azərbaycan artıq öz suverenliyini tam olaraq bərpa edib. Mqer Qriqoryan və yaxud hər hansı digər şəxsin təyinatının Azərbaycana təsiri olmayacaq. Bu dəyişikliyin Ermənistana müsbət və ya mənfi təsirləri ola bilər. Əgər olası dəyişiklikdə Baş nazir olacaq şəxs Azərbaycanın bütün şərtlərini qəbul edərək əlaqələri normallaşdırarsa, bu, onlara xeyir olar. Əksinə revanşist düşüncəli şəxs təyin olunarsa və o yenidən Azərbaycan Ermənistan arasında gərginliyə çalışarsa, bu da Ermənistanın daha böyük itkilər verməsi ilə nəticələnəcək”.
Politoloq hazırda Ermənsitanda Baş nazirin kim olmasından asılı olmayaraq atılacaq addımların məlum olduğunu bildirib:
“Ermənistan özlərinə vəziyyəti daha da çətinləşdirməmək üçün Azərbaycan və regiondakı digər dövlətlərlə sülh şəraitində yaşamalıdır. Bu konteksdə üzərinə götürülən öhdəliklər var ki, yerinə yetirilməlidir. Digər tərəfdən erməni vətəndaşlar Paşinyanı jurnalist, küçədən gələn adam kimi dəyərləndirsələr də, o, sələflərindən fərqli olaraq Ermənistan tarixindəki yeganə Baş Nazirdir ki, Ermənistanı müstəqil subyekt etmək istəyir. Ermənistan hər zaman Rusiyanın vassalı olub. Paşinyan hazırda çarəsizdir. Bu çarəsizlik Ermənistanın hərbi və maddi gücsüzlüyü ilə bağlıdır. Bu səbəbdən öz talehini bəzi qlobal güclərin təhlükəsizlik sisteminə bağlamaq məcburiyyətindədir. Bu da ölkənin müstəqil subyekt olmasına kölgə salır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya