"Gələn ilin dövlət büdcəsindən bələdiyyələrə və siyasi partiyalara ayrılan vəsait artırılmalıdır".
"Sherg.az"ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında deyib.
Deputat bildirib ki, yerli özünü idarəetmə sisteminə ayrılan pullarda artımlar olurdu, dotasiyalar verilirdi və bu hər il baş verirdi:
“2026-cı ilin büdcəsində bu artımlar nəzərə alınmayıb. Ona görə də, büdcədən bu sistemə artımın ayrılması daha yaxşı okar. Partiyalara da daha çox vəsaitin ayrılmasının da vacibliyini önə çəkib. Azərbaycan dövlətinin maraqlarını vətən xaini olan AXCP və Müsavat istisna olmaqla, digər siyasi partiyalar hamısı dəstəkləyirlər. Ona görə, siyasi partiyalara ayrılan pulların da artırılması daha münasib olardı”.