Sorğu: Respublikaçıların 38 faizi Trampı prezidentlik üçün çox yaşlı hesab edir

ABŞ Prezidenti Donald Tramp ilə bağlı keçirilən sorğunun nəticələri ölkədə yaş amili ətrafında müzakirələrin davam etdiyini göstərib.

Sherg.az xəbər verir ki, "Daily Mail" və "JL Partners" tərəfindən aparılan sorğuya əsasən, respublikaçıların 38 faizi Trampın prezident vəzifəsini icra etmək üçün həddindən artıq yaşlı olduğunu düşünür. Bununla yanaşı, respondentlərin 51 faizi onun hələ də ölkəyə rəhbərlik edə biləcəyini bildirib.

Demokratlar arasında isə bu göstərici daha yüksəkdir. Sorğu iştirakçılarının 59 faizi Trampın prezidentlik üçün çox yaşlı olduğunu qeyd edib, 22 faizi isə onun səlahiyyət müddətini başa vura biləcəyini düşünür.

Məlumata görə, Trampın yaşı ilə bağlı narahatlıqlar onun səhhəti ilə əlaqədar müzakirələrin fonunda daha da artıb. ABŞ mediası tez-tez onun uzun və mövzudan yayınan çıxışlarını keçmiş prezident Joe Biden ilə müqayisə edir.