
Şoyqunun bəyanatı “Biz buradayıq!” mesajıdır - ŞƏRH
11:11 06.11.2025
Siyasət
229
Rusiya Qafqazda passiv müşahidəçidən aktiv oyunçuya çevrilmək istəyir
“Qafqazda meydan daralır. Türkiyə, ABŞ, Avropa və İsrail fəallaşır, Rusiya isə mövqeyini qorumağa çalışır”
"Qafqaz və Cənubi Qafqazdakı hadisələr daimi diqqət və Şuralar arasında mütəmadi məsləhətləşmələr tələb edir".
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu dünən Moskvada erməni həmkarı Armen Qriqoryanla görüşü zamanı bildirib.
O vurğulayıb ki, regionda baş verən müxtəlif hadisələr daimi diqqət, məsləhətləşmə və fikir mübadiləsi tələb edir. Bölgədəki regional və geosiyasi vəziyyət mürəkkəbdir və tərəflərin davamlı olaraq uyğunlaşması vacibdir.
Qeyd edək ki, Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin toplantısı keçirilib. Tədbirdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edib.
Sergey Şoyqunun “Qafqazdakı hadisələr daimi diqqət və məsləhətləşmələr tələb edir” bəyanatını Sherg.az-a şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Şoyqunun belə bir açıqlamasını Rusiya üçün regionda hadisələri passiv izləməkdən çıxmaq və aktiv şəkildə rol almaq kimi dəyərələndirmək olar:

“Rusiya özünü həm geosiyasi, həm təhlükəsizlik baxımından regionun “dominanat oyunçusu" kimi təsdiqləməyə çalışır. Putin ilk növbədə Ermənistanla təhlükəsizlik məsləhətləşmələrinin yenidən canlandırılmasına və əlaqələrin gücləndirilməsinə cəhd edir. Rusiyanın fəallaşmasının səbəbi isə regionun rolunun artmasıdır. Cənubi Qafqaz strategiya baxımından çox vacib bölgədir. ABŞ, Avropa İttifaqı, Türkiyə, İran və hətta İsrail bu bölgədə təsir dairəsini genişləndirməyə çalışırlar. Şoyqunun açıqlaması göstərir ki, Rusiya bu meydanda “günah keçisi” olaraq qalmaq istəmir. Ümumiyyətlə, Rusiya bölgədən birdəfəlik atılması riskini hesablayaraq “daimi məsləhətləşmə”lərə ehtiyacı olduğunu vurğulayır. Rusiya süni şəkildə bölgədə gərginlik yaradaraq özünün stabilizator rolunu göstərmək istəyir. Fəallaşmaq istəmək ayrı, faktiki fəal addımlar atmaq isə ayrı məsələdir. Rusiya regionda hazırda resurslarını, diqqətini çox yönlü məsələlərə (məsələn, Ukrayna savaşına) yönəldib. Ona görə “məsləhətləşmələr tələb edir” demək, hər hansı yeni böyük rol almağa imza atmaq demək deyil, sadəcə formalaşma istəyidir”.
V.Əfəndiyevin sözlərinə görə, artıq Qafqazda Türkiyə, Avropa, ABŞ və İsrail daha fəal mövqe tuturlar. Rusiya bu səbəbdən “öz mövqeyini qorumaq” istəyir:
“Ümumi fikir formalaşdırsaq belə anlama gəlir ki, Sergey Şoyqunun bəyanatı Rusiyanın regionda yenidən daha fəal olma istəyi kimi qiymətləndirilə bilər. Lakin bu, avtomatik olaraq Moskvanın yaxın zamanda böyük strateji dəyişikliklər edəcəyi anlamına gəlmir. Rusiyanın bu gedişləri daha çox “Biz buradayıq, izləyirik, əlaqə saxlayırıq” mesajları kimi görünür”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi