Stoltenberq: NATO-nu güclü olması ABŞ-nin maraqlarına uyğundur
18:16 15.02.2024
Siyasət
435
"Rəy sorğularına baxdığımızda həm Şimali Amerikada, ABŞ-də, Kanadada, həm də Avropada NATO-ya rekord dərəcədə yüksək dəstək var".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra yekun brifinqdə deyib.
"Mən əminəm ki, NATO tarixdə ən güclü və ən uğurlu alyans olaraq qalacaq. Mən ABŞ-nin ən azı üç səbəbə görə sadiq müttəfiq olmağa davam edəcəyini gözləyirəm. Birincisi, güclü NATO-nun olması ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur. İkincisi ABŞ-də NATO-ya faktiki olaraq geniş dəstək var. Üçüncüsü ABŞ-də tənqidlər ilk növbədə NATO-ya qarşı deyil. Bu, NATO müttəfiqlərinin NATO-ya kifayət qədər pul xərcləməməsinə qarşıdır. Avropalı müttəfiqlərin və Kanadanın hərbi büdcəyə kifayət qədər xərcləməməsi ilə bağlı ABŞ tərəfindən ədalətli bir iddia qaldırıldı. Amma işlər həqiqətən dəyişib", - deyə Stoltenberq bildirib.
Baş katib deyib ki, artıq Kanada və Avropada müdafiə xərcləri artıb. Stoltenberq bildirib ki, ABŞ heç vaxt müharibələrdə tək vuruşmayıb.
"Onlar Koreya müharibəsindən Əfqanıstana qədər bütün digər müharibələrdə müttəfiqlərlə həmişə bir yerdə olublar. ABŞ NATO-nun 5-ci müqaviləsinə müraciət (Əfqanıstana qarşı müharibədə red.) edən yeganə ölkə olub. Bundan sonra Kanadadan və Avropadan olan yüz minlərlə əsgər ABŞ hərbçiləri ilə birlikdə vuruşub", - deyə Stoltenberq vurğulayıb.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi