
Sülh Azərbaycan üçün olmazsa-olmaz deyil - ŞƏRH
03:14 01.11.2024
Siyasət
604
Paşinyana isə erməni xalqı ikinci dəfə sülh vədi verdiyi üçün etimad göstərdi
Ona görə də zaman bizim yox, Ermənistanın əleyhinə işləyir
"Qərbin Zəngəzur dəhlizinin açılması yönündə Rusiya ilə ciddi rəqabətinin olduğunu görürük. Zəngəzur dəhlizinin Ermənistanın şərtləri daxilində açılmasına çalışılırdı". Bu barədə politoloq Natiq Miri deyib. Ekspert bildirib ki, Qərb bu yöndə Ermənistana dəstək verir və hesab edirdi ki, Ermənistan ağırlıqlı bir dəhliz olmalıdır:

"Dolayısı Azərbaycanın geosiyasi əhəmiyyətini aşağı salmaq, Ermənistanın siyasi əhəmiyyətini artırmaq istəyirdilər. Bu, İranın da siyasətinə uyğun gəlirdi. Ancaq nəticə nə oldu? Bu gün artıq Ermənistan Baş naziri Nikol Paşinyan "kommunikasiya sistemi yalnız Ermənstanın suveren hüquqları çərçivəsində açıla bilər" açıqlaması artıq "Rusiya dəhlizdə monitorinq apara bilər" fikirləri ilə əvəzlənib. Bu bir göstəricidir. Yəni prosesi Azərbaycana təzyiq fonunda davam etdirəcəyiniz təqdirdə, Ermənistan istədiklərinə nail ola bilməyəcək. Paralel olaraq Ermənistanın təhlükəsizliyi risk altına düşəcək. Nədənsə, Ermənistan anlamaq istəmir ki, Qərbin vədləri bir yerə qədərdir. Qərbin Azərbaycana təzyiqlərinin ciddi nəticələr doğuracağına İrəvanda hələ də inam var. Halbuki, ötən 4 il ərzində Paşinyan hökuməti anlamalıydı ki, Bakı ilə təzyiq dilində danışmaq olmaz. Bir yerdə ki, Azərbaycanın milli maraqları, təhlükəsizliyindən söhbət predmetidirsə, orada güzəştlərdən söhbət gedə bilməz".
Analitik vurğulayıb ki, COP29 tədbirini bəhanə edənlər haqsız, ədalətsiz şəkildə Azərbaycanın üzərinə gəlirlər. Bunu edən də Ermənistanın Qərb havadarlarıdır: "ABŞ, Avropa Birliyi, Fransa və Niderland kimi ölkələr, kriminal erməni lobbisi fəaliyyətdədir. Onlar vahid ideya ətrafında birləşərək COP29 ərəfəsində ölkəmizə təsir göstərərək istədiklərini almaq niyyəti güdürlər. Əlbəttə, Azərbaycan bunları qəbul etməyəcək. Əksinə, baş verənlər Ermənistanın əleyhinə işləyir. Ermənistan Qərbdən təhlükəsizliklə bağlı zəmanəti ala bilmədi və bilməyəcək. Bu zəmanət bölgədən 10 min km-lərlə uzaqda olan ABŞ-də deyil, regional ölkələrdədir. Əgər bir ölkə qonşu dövlətlərlə təhlükəsizlik şəraitində yaşamırsa, onun təhlükəsizliyini heç bir dövlət təmin edə bilməz. Sülh müqaviləsi uzandıqca, İrəvan heç nə qazanmayacaq. Azərbaycan üçün istənilən halda alternativlər var. İran üzərindən Naxçıvana gedirik, Gürcüstandan keçən nəqliyyat yolları işlək vəziyyətdədir. Sülh Azərbaycan üçün olmazsa-olmaz deyil. Paşinyana isə erməni xalqı ikinci dəfə sülh vədi verdiyi üçün etimad göstərdi. Ona görə də zaman bizim yox, Ermənistanın əleyhinə işləyir. Onu da qeyd edim ki, sülh sazişində indiyədək razılaşdırılmış maddələrdə Azərbaycanın maraqları nəzərə alınıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət