Sülh prosesinə start verilib
Yusif Nəzərli
03:30 09.04.2022
Siyasət
654
Ermənistan müxalifətinin təzyiqləri əbəsdir, Paşinyan imzanı atmağa hazırdır
Ermənistan müxalifəti və Qarabağdakı separatçılar Brüssel görüşünün nəticələrindən narazı qalıb. Baş nazir Nikol Paşinyanı Qarabağın taleyinə biganəlikdə suçlayan erməni müxalifəti xalqı hakimiyyətə qarşı qaldırmağa çalışır. Erməni müxalifəti Brüssel görüşünün nəticələrini məğlubiyyətə doğru növbəti addım kimi qiymətləndirir. “Hraparak” yazır ki, Ermənistan müxalifəti və Qarabağdakı separatçılar hesab edirlər ki, Brüssel görüşünün nəticələrinə dair bəyanatda “Dağlıq Qarabağ” və “Minsk qrupu” ifadələrinə yer verilməməsi ermənilərin zərərinədir.
Onlar iddia edirlər ki, Avropa İttifaqı Rusiyanı Qarabağdan sıxışdırmaq istəyir. Ermənistandakı revanşist qüvvələr İrəvanla Bakı arasında hazırlanacaq sülh sazişinin Azərbaycanın təklif etdiyi 5 prinsipə əsaslanacağını bildirərək həyəcan təbili çalır, xalqı meydanlara çıxmağa çağırırlar. Serj Sarkisyan, Artur Vanetsyan, Seyran Ohanyan kimi müxalifət liderləri Paşinyanı erməni diplomatiyasının uzunmüddətli səylərini puça çıxarmaqda da ittiham edirlər. Bildirirlər ki, Baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını nəzərdə tutan sülh sazişi imzalamağa hazırdır: “Nikol Paşinyanın Qarabağın taleyinə nəzarət etməsinə icazə verilməməlidir”.
Ermənistandakı etirazları “Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, erməni müxalifətinin etiraz aksiyaları, “istefa” çağırışları 44 günlük müharibədən sonra geosiyasi nizamı dəyişəcək gücdə deyil. Ekspertin fikrincə, Paşinyan “Qarabağ klanı”nın rəhbərlik etdiyi etirazların onun üçün təhlükə yaratmayacağını bilir:
“Baş nazir Nikol Paşinyan revanşist güclərin təzyiqindən ehtiyat etsəydi, Brüssel görüşündə “status”, “Dağlıq Qarabağ” və həmsədrlər məsələlərini gündəmə gətirərdi. Lakin Paşinyan hər səfərində dilə gətirdiyi bu ifadələri Brüsseldə səsləndirmədi. Proseslərin yeni mərhələyə qədəm qoyması Ermənistan üçün də qaçılmaz reallıqdır. İrəvan hökumətinin əks hərəkətləri, revanşistlərin çağırışına uyğun davranışı yeni müharibə deməkdir. Rusiya Xarici işlər naziri Sergey Lavrov Minsk qrupu üçlüyünün ləğv olunduğunu açıqladı. Ukrayna müharibəsindən sonra ABŞ və Fransa Rusiya ilə hər hansı məsələdə ortaq fəaliyyət göstərmək niyyətində deyil. Bu da Minsk qrupunun sonu anlamına gəlir. Ermənistan rəhbərliyi müxalifətdən fərqli olaraq bu reallığı dərk edir. İrəvan hökuməti Avropa İttifaqını narazı salmağın yanlış addım olduğunun anlayır. Sülh prosesinə start verilib və bu istiqamətdə ilkin addımlar atılıb. Ermənistan müxalifəti Rusiyanın və Qərbin müəyyən dairələrindən dəstək alsa da, mövcud reallıqları dəyişmək gücündən çox uzaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual