“Sülhməramlıları Qarabağdan beş günə çıxara bilərik”
“Sülhməramlıları Qarabağdan beş günə çıxara bilərik”
12:57 27.09.2021
Siyasət
744
Azərbaycan Prezidenti İlham Əliyev Laçın dəhlizində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətindən danışıb. İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Azərbaycan bəzi məsələlərlə bağlı Rusiyaya haqlı etirazlarını çatdırır. “Bununla belə, mən Rusiya sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirirəm. Əlbəttə ki, bizim məmnun qalmadığımız məsələlər də var, şikayətlərimiz də var”, - deyən İlham Əliyev əlavə edib ki, Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşları qeyri-qanuni şəkildə daxil olur:
“Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik. Çünki Qarabağ bizim ərazimizdir. Bizim icazəmiz olmadan o bölgələrə xarici vətəndaş və ya heç bir avtomobil girə bilməz. Ancaq deyə bilərəm ki, bu məsələ hələ də tam olaraq həll edilmədi. Onu da bildirməliyəm ki, əcnəbi vətəndaşların Qarabağa qanunsuz girişi halları kifayət qədər azalıb. Bizim siyasətimiz və israrlarımızın nəticəsi ilə bu prosesə də son verilir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə tam şəkildə hörmət edilməlidir. “Onsuz da yüksək vəzifəli Rusiya rəsmiləri də Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edirlər. Bu vəziyyətdə Qarabağda xidmət edən hərbçilər də (sülhməramlıları nəzərdə tutur - red.) fəaliyyətlərini bu açıqlamalara uyğun şəkildə həyata keçirməlidir”.
Sülhməramlıların Qarabağakı fəaliyyəti barədə “Sherg.az”a danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun fikrincə, onların “şıltaqlıqlarına” göz yummaq olmaz:
“Rus hərbçilərini Qarabağdan qovmaq lazımdır. Biz ilk gündən deyirdik ki, sülhməramlı paltarı ilə işğalçılıq etmək olmaz. Xalqın bu məsələdə də bir olacağına inanıram. İstəsək sülhməramlılara Qarabağdan nəinki beş ilə, beş günə də çıxara bilərik. Sadəcə siyasi iradə lazımdır”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə