
tələblər yerinə yetirildikdən sonra yekun sülh sazişinin imzalanması mümkündür -Analitik
16:37 05.11.2025
Siyasət
389
Elmir Səftərov: Ermənistan tərəfindən səsləndirilən sülh bəyanatları pozitiv siqnal kimi dəyərləndirilə bilər
“Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülh üçün qarantiyası var. Bu, üçüncü ölkə və ya sülhməramlılar deyil, imzalanan sazişlər həm Ermənistan, həm Azərbaycan, həm də regionun digər ölkələri üçün faydalıdır”.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Məhz bu qarşılıqlı fayda sülh sazişinə daimilik, uzun ömür bəxş edəcək. Ermənistan o sazişi pozmaqda maraqlı olmayacaq, fikrimcə, Azərbaycan da onun pozulmasında maraqlı olmayacaq”, - o bildirib.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a deyib ki, Ermənistan rəsmiləri əsasən, Vaşinqtonda əldə olunan razılaşmalardan sonra daha konstruktiv ritorika nümayiş etdirsələr də, etimad mühitinin formalaşması və sülhün bərqərar olması üçün hələ də yerinə yetirilməli vacib şərtlər qalmaqdadır:

"Artıq bəllidir ki, Ermənistanın hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları hələ də qüvvədədir. Bu iddiaların aradan qaldırılması sülh prosesinin əsas təminatlarından biridir. Bunun üçün Ermənistan hökuməti tərəfindən real və məqsədyönlü addımlar atılmalı, siyasi iradə nümayiş etdirilməlidir. Əgər Ermənistan bu istiqamətdə prinsipial mövqe ortaya qoyarsa, regionda vaxtilə İrəvanın pozduğu sabitlik bərpa oluna bilər və ölkə müstəqil qərar qəbul edə bilən dövlətlər sırasına qoşula bilər.
Aydın məsələdir ki, Ermənistan hər nə qədər sülhdən və sabitlikdən danışsa da, daxildə müxtəlif qüvvələrin və xarici aktorların təsiri ilə bəzən qeyri-konstruktiv mövqe sərgiləyir. Bu isə real etimad mühitinin yaranmasına mane olur.
Sülhün bərqərar olması üçün Ermənistanın atmalı olduğu digər vacib addımlar bunlardır: Ermənistan tərəfindən təhsil və maarifləndirmə sahəsində anti-Azərbaycan təbliğatına son qoyulması, informasiya müharibəsinin dayandırılması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin tamamlanması, Birinci Qarabağ müharibəsi və ondan əvvəlki münaqişələrin nəticələrinin tam həlli, verilən vədlərin real və praktik addımlarla təsdiqlənməsi".
Analitik qeyd edib ki, bütün tələblər yerinə yetirildikdən sonra yekun sülh sazişinin imzalanması mümkün olacaq və həmin sənəd beynəlxalq hüquqi status almalıdır:
"İstənilən halda, Ermənistan tərəfindən səsləndirilən sülh bəyanatları pozitiv siqnal kimi dəyərləndirilə bilər. Lakin bu bəyanatların nə dərəcədə səmimi olduğunu rəsmi İrəvanın atacağı konkret addımlar göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya