
Terror aktları Kremli çətin vəziyyətə salıb
11:33 26.06.2024
Siyasət
459
Rusiyaya qarşı çoxvertikallı cəbhə Rusiya-Qərb qarşıdurmasının yeni fazaya qədəm qoymasından xəbər verir
Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində 51 nəfər yaralanıb. Ölənlər arasında 15-i hüquq-mühafizə orqanlarının əməkdaşı 5-i mülki şəxs və 5-i şəxsiyyəti hələlik müəyyən edilməmiş şəxslərdir. 13 yaralının vəziyyətinin ağır olduğu bildirilib. Qeyd edək ki, 23 iyunda Mahaçqala və Dərbənddə terror aktları həyata keçirilib. Nəticədə 15 polis, 4 mülki şəxs ölüb. Serqokalinski rayon başçısının iki oğlu və qardaşı oğlu da terrorçular sırasında olub. Həmçinin terrorçulardan biri “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının yerli təşkilatına uzun illər sədrlik edib. “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının rəhbəri Sergey Mironov hadisəni törədən terrorçular üçün ölüm hökmünün tətbiq edilməsini və onların qohumlarının dövlət qulluğundan uzaqlaşdırılmasını təklif edib. O bildirib ki, dövlətdən yalnız bir reaksiya olmalıdır: "Terrorçular üçün ölüm hökmü, onların əlaltıları üçün həbsxana, qohumları və dostları üçün dövlət qulluğundan qovulmaq və ömürlük dövlət orqanlarında işləməmək qadağası".
Türkiyə Prezidenti R.T.Ərdoğan da Rusiya Prezidenti Vladimir Putinlə danışıb və ona başsağlığı verib. Telefon danışığı zamanı Ərdoğan Dağıstanda terrorçuların cinayətkar hücumunu kəskin pisləyib. Rusiya xalqı ilə həmrəylik hisslərini bölüşdüyünü bildirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralıların tezliklə sağalmasını arzulayıb. Liderlər terrorla mübarizə sahəsində fəaliyyətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
Politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın Şimalı Qafqaz bölgəsi adətən həssas, gərgin və qaynar bölgə olub. Ekspertin sözlərinə görə, bu, həm yerləşdiyi coğrafi ərazi ilə, həm də mühafizəkar ənənələrin möhkəm kök salması ilə əlaqədardır:

"Hələ keçmiş SSRİ dönəmində də Şimali Qafqazda dini radikalizm və kriminal durum digər subyektlərlə müqayisədə kəskin şəkildə fərqlənirdi. SSRİ süquta uğrayandan sonra xarci dini təsirlər və ənənəvi mühafizəkarlıq, kriminal elementlərin əl-qolunu geniş açması bölgəni gərgin hala gətirib. Son günlər Dağıstanın iki böyük şəhərində - Mahaçqala və Dərbənddə törədilən terror aktları, Abxaziya sərhədindəki silahlı insident, İnquşetiya və Çeçenistandakı durum Moskvanı çətin vəziyyətə salıb. Kreml daxildə həm dini radikalizm, terrorizmlə mübarizə aparmalı, həm də Ukraynadı savaşda uğur qazanmalıdır. Rusiyaya qarşı çoxvertikallı cəbhə Rusiya-Qərb qarşıdurmasının yeni fazaya qədəm qoymasından xəbər verir. Terrorun və terrorçunun məqsədi daxildə vahimə, qorxu və inamsızlıq yaratmaq, dövlətə etibarı sarsıtmaqdır".
Analitikin fikrincə, mümkündür ki, Dağıstanda baş verən terrorun arxasında xarici qüvvələr dayana bilsin:
"Bunun sübutu üçün ortada mötəbər sübut və dəlil yoxdur. Ancaq etimallara istinad edilir. Vurğuladığımız kimi, Rusiyanın Şimali Qafqaz bölgəsinə xarici təsirlər başqa federal subyektlərə nisbətən qat-qat çoxdur. Xüsusən, radikal İslam illərdir ki, nüfuz edir. Rusiyanın xüsusi xidmət orqanları buna qarşı effektiv tədbirlər həyata keçirə bilmir. Dağıstanda klanlar, tayfalar və qruplar arasında da nüfuz və təsir uğrunda da zaman-zaman şiddətli mübarizələrin şahidi olunub".
Ə.Oruclu son terror aktının xristian və yəhudi məbədlərinə qarşı həyata keçirilməsini təsadüfi saymır: "Düşünürəm ki, Rusiyada dinlərarası ziddiyyəti qızışdırmaq, iç savaşa nail olmaq planlaşdırılır. Rusiya çoxdinli və çoxetnikli dövlətdir. Heç kəsə də sirr deyil ki, Rusiya ictimaiyyətində Cənubi Qafqazdan olan etniklərə münasibət heç də birmənalı deyil. Xüsusən, rus millətçiləri və mühafizəkarları Cənubi qafqazlılara qarşı antipatiya bəsləyirlər. Millətlər arasında bu hissləri alovlandırmaq Rusiyaya ən böyük təhlükə yarada bilər. Şimali Qafqazdakı qeyri-sabit durum Azərbaycan üşün də risklər yaradır. Odur ki, xüsusi xidmət orqanlarının üzərinə böyük ağırlıq və məsuliyyət düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial