Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, yeni prezident Avropadan idxal olunan bir sıra mallara ,o cümlədən avtomobillərə 10 faizlik rüsum tətbiq ediləcəyini bildirib:
Tramp gələn kimi ticarət müharibəsini qızışdırdı... - RƏY
19:38 09.11.2024
Siyasət
466
"Amerika Birləşmiş Ştatlarında ötən həftə keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Trampın qələbəsi elan olunan kimi Avropanın, xüsusilə Almaniyanın maşınqayırma sənayesində çaxnaşma başlayıb".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, yeni prezident Avropadan idxal olunan bir sıra mallara ,o cümlədən avtomobillərə 10 faizlik rüsum tətbiq ediləcəyini bildirib:"Almaniyanın avtomobil istehsalçıları Assosiyasiyası " ABŞ- ı bu qərardan çəkindirmək üçün lazım olan hər şeyi edəcəyini " bildirsə də, buna nail olacaqları şübhə doğurur. Trampın 1- ci prezidentliyi dönəmində Avropa poladına və alüminiununa tətbiq etdiyi 25 faizlik tarifin götürülməsi ətrafında mübahisələr hələ də davam edir. Trampın Çin elektromobillərinə 0,6 faiz tarif tətbiq edəcəyi barədə bəyanatı da qarşıdakı dövrdə dünyanı daha gərgin ticarət müharibəsinin gözlədiyini deməyə əsas verir.
Məlumdur ki, buna qədər Avropa Birliyi də Çin avtomobillərinə tarif tətbiq edib. Beləliklə, bir yandan Trampın, o yandan Avropanın Çini sıxışdırması Çinin Rusiyaya daha çox sığınmasına səbəb ola bilər.
Bəlkə də Tramp Rusiya ilə münasibətləri yumşaltmaq cəhdləri göstərəcək və bununla Çin və Rusiyanın bir- birinə daha çox yaxınlaşmasının qarşısını almağa çalışacaq. Əgər bu taktika oynanılarsa , demək ,son hədəf Çini təkləməkdir. Trampın Çin və Rusiyanı bir - birindən qopara biləcəyi isə inandırıcı görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm