
Tramp Ukraynadakı hərbi əməliyyatları dayandıra biləcək? - ikili şantaj
10:39 09.11.2024
Siyasət
682
Donald Tramp başa düşür ki, Moskvadan müəyyən güzəştlər almadan Ukraynanı Rusiyaya güzəştə getməyə məcbur edə bilməz. Bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb. Nəşr xatırladıb ki, seçki kampaniyası zamanı Tramp Ukraynada hərbi əməliyyatları tez bir zamanda dayandıracağına söz vermiş, lakin Kiyevə dəstək məsələsində qeyri-müəyyənlik ifadə etmişdi. Buna görə də Avropa liderləri hazırda ABŞ-ın yeni administrasiyası Ukraynanı dəstəkləməkdən imtina edəcəyi halda necə hərəkət edəcəklərini fəal şəkildə müzakirə edirlər. Ancaq Trampın Avropa liderləri ilə apardığı telefon danışıqlarının birinci raundundan sonra görünür ki, o, Ukraynanı “avtobusun altına atmağı” planlaşdırmır. Belə ki, adı açıqlanmayan yüksək çinli məmurun sözlərinə görə, bu söhbətlərdən birində Trampın Ukraynadakı müharibə ilə bağlı sülh danışıqlarına yanaşması müzakirə olunub. İddialara görə, Tramp açıq şəkildə bildirib ki, o, Ukraynanı əvəzində heç nə almadan Putinə güzəştə getməyə məcbur edə bilməyəcəyini başa düşür.
REAL Partiyasının sədri Natiq Cəfərli “Sherg.az”a bildirib ki, Tramp administrasiyasında təmsil olunacaq şəxslərin sözügedən məsələ ilə bağlı bir neçə planının olması ilə bağlı məlumatlar mövcuddur:

“Ən keçərli planlardan biri ikili şantajdır. Bu Amerikanın keçən əsrin ortalarında bir çox ölkələrdə və münaqişələrdə tətbiq etdiyi yoldur. Yəni hər iki tərəfə çox sərt şərtlər irəli sürərək anlaşmaya məcbur etmək deməkdir. Məsələn, Donald Tramp Rusiyaya deyə bilər ki, Amerikanın şərtləri çərçivəsində anlaşmasa, Ukraynaya bütün müasir silahları verəcək. Eyni zamanda Ukraynaya bildirər ki, bizim şərtlərlə razılaşmasanız hərbi yardımları dayandırarıq. İndiki dövrdə münaqişənin dondurulması daha real görünür və məsələnin kökündən həlli mümkün deyil. Sadəcə olaraq qarşılıqlı güzəştlər çərçivəsində savaş dondurula bilər. Məsələn, Ukraynanın əlində olan Kurskun bir hissəsinin Zaporojya və Xersonla dəyişdirilmə ehtimalı var. Yəni Donetsk, Luqanks və Krımın Rusiyanın əlində qalması formasında anlaşma imzalana bilər. Bununla yanaşı Ukrayna NATO-ya heç zaman üzv olmamaq və Qərb dövlətlərinin hərbi bazalarını öz ərazilərində yerləşdirməməklə bağlı öhdəlik götürməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə