Trampın dövründə müharibə olmazdı - Uşakov

Hazırkı ABŞ administrasiyası Ukraynada münaqişəni qızışdıran administrasiyadan fərqli olduğunu nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

"Hazırda söhbət etdiyimiz amerikalılar davamlı olaraq fərqli olduqlarını, Trampın fərqli bir insan olduğunu, başqa ideologiyaya sahib olduğunu vurğulayırlar. Onlar daim vurğulayırlar ki, Trampın dövründə müharibə olmazdı", - diplomat bildirib.