
"Trampın tərəzisində" Bakı İrəvandan daha ağır gələcək -ANALİZ
12:36 08.01.2025
Siyasət
383
Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik. Bu fikri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərdiyini vurğulayan Azərbaycan Prezidenti əlavə edib. Həmçinin qeyd edib ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, Donald Tramp Amerika siyasətini tamamilə dəyişə bilməsə də, müəyyən fərqliliklər etmə ehtimalı var:

“Yəni Amerika Birləşmiş Ştatlarının dünya siyasətinə yanaşmasında müəyyən mənada dəyişikliklər gələ bilər. Kanada və Qrilandiyaya qarşı hazırda ərazk iddiası irəli sürülür. Bunu edən şəxs isə yanvarın 20-dən sonra Amerikada prezidentlik kürsüsünə oturacaq olan Donald Trampdır. Bundan sonra Amerika Birləşmiş Ştatları Rusiya, Çin, İran, Türkiyə və digər regional, dünyəvi güclərə qarşı mübarizəsində artıq əvvəlki demokratiya kartından istifadə edə bilməz. Çünki özü də Çin, İran və Rusiya kimi ərazi iddiası irəli sürən tərəfə çevrilmiş olacaq. Belə olan halda Donald Tramp bu planlarını reallaşdırmaq istəyəcəksə, dünya siyasətində təklənməmək üçün digər dövlətlərlə əlaqələrini yaxşılaşdırmağa çalışacaq. Yəni regionalda özünə tərəfdaş tapmağa cəhd göstərəcək və İslam dünyasına baxışını dəyişməyə məcbur qalacaq. Həmçinin Donald Tramp digər ölkələrə qarşı demokratiya kartından istifadə etmək adətlərin uzaqlaşacaq və özünə rəqibdən daha çox tərəfdaşlar tapmağa niyyətlənəcək. Bu isə İslam dünyasında, Mərkəzi Asiya, Yaxın Şərqdə, Afrikanın Şimalında və Cənubi Qafqazda Amerika siyasətində müəyyən dəyişikliklərin baş verməsinə səbəb ola bilər. Bu nöqtədə Azərbaycan tərəfi belə hallardan ümidlənmiş görünür. Azərbaycanın ABŞ-la əlaqələrinin korlanmasınınəsas səbəbləri Amerikanın Ermənistana havadarlıq etməsi, demokratiya kartından istifadə edərək rəsmi Bakının daxili siyasətinə qarışmaq cəhdi idi. Donald Tramp digər ölkələrin daxili işlərinə qarışma siyasətindən uzaqlaşacaq, beləliklə Azərbaycan və Amerika münasibətlərini pozan səbəblərdən biri aradan qalxmış sayılacaq”.
Ekspert qeyd edib ki, Donald Tramp bütün məsələlərə iqtisadi resurslardan baxdığına görə Azərbaycan və Ermənistan dəyərləndirməsi aparsa, rəsmi Bakı tərəzinin gözünə daha ağır gələcək:
“Çünki Azərbaycanın iqtisadi resursları daha çoxdur və Amerikaya iqtisadi baxımdan daha yaxşı nəticələr vəd edir. Hesab edirəm ki, Donald Trampın Azərbaycan daxili işlərinə qarışmaması və ermənilə havadarı rolundan imtina etməsi Cənubi Qafqazda Azərbaycan-Amerika münasibətlərinin daha da yaxşılaşmasına gətirib çıxarar. Donald Tramp Azərbaycanın ən yaxın müttəfiqi Türkiyə ilə də yaxşı əlaqələrə malikdir. Amerika-Azərbaycan-Türkiyə iş birliyi çərçivəsində də layihələr həyata keçirilə bilər. Sözügedən ehtimalların reallığa çevrilməsi Donald Trampın hakimiyyətə gəldikdən sonra hansı yolu tutmasından asılı olaraq dəyişəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil