Tural Abbaslı: Seçkilərinin 2 ay əvvələ keçirilməsi müxalifətin maraqlarına uyğundur
13:29 25.06.2024
Siyasət
430
Milli Məclisin iyunun 25-də keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi məsələsinə toxunub. O qeyd edib ki, müxalifət buna sevinməlidir:
“6-cı çağırış Milli Məclis fəaliyyətə başlayandan deyirdilər ki, növbədənkənar parlament seçkiləri olmalıdır, mitinq keçirirdilər. İndi seçki ilə bağlı məsələ ortaya çıxandan tam əks mövqe nümayiş etdirirlər”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29-un tədbiri baş tutacaq. Bu baxımdan növbədənkənar parlament seçkilərinin sentyabr ayına çəkiləcəyi gözlənilir.
Ağ Partiya sədri Tural Abbaslı Siyavuş Novruzovun fikirləri ilə bağlı "Sherg.az"a deyib ki, iqtidar çoxluq təşkil etdiyi parlamenti vaxtından əvvəl buraxıb seçkilərə gedirsə, bu müxalifətin xeyrinədir:
"Buna müxalifət sevinməlidir demək doğru olmasa da, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi müxalifətin maraqlarına uyğundur. Biz bilirik ki, bu il prezident seçkiləri də vaxtından əvvəl keçirilib. Amma parlament seçkilərində məsələ bir qədər fərqlidir. Adətən iqtidarlar müxalifəti hazırlıqsız yaxalamaq üçün seçkiləri vaxtından əvvəl keçirir. Lakin Azərbaycanda COP29 tədbirinə görə parlament seçkilərinin vaxtından əvvələ keçiriləcəyi uzun müddətdir ki, bilinir. Bu səbəbdən iqtidarın seçkilərin önə çəkməsindəki məqsədin müxalifəti hazırlıqsız yaxalamaq olduğunu demək doğru olmaz".
Tural Abbaslı əlavə edib ki, bəzi müxalifət nümayəndələri bildirir ki, havaların isti olması səbəbindən əhali seçkilərdə aktiv iştirak etməyəcək:
"Əslində bu da yaxşı arqument deyil. Çünki seçkilərin qışda keçirilməsinin də öz çətinlikləri olur. Düşünürəm ki, parlament seçkilərinin 2 ay əvvələ keçirilməsi müxalifətin maraqlarına uyğundur. Amma əlbəttəki bu seçkilər demokratik və şəffaf şəkildə keçirilərsə".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya