
Türk layihələrinə qarşı çıxan milli satqınlar boy göstərir - Politoloq
Yusif Nəzərli
16:53 05.11.2025
Siyasət
129
"Türk dövlətlərinin birgə əməkdaşlığını hədəfə alan anti-milli satqınlarımız boylanmağa başlayıb".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığından narahat olan bəzi müxalifətçilər "nicatı" Avropada görürlər:
"Başa düşmürlər ki, Avropa heç vaxt Azərbaycanı üzvlüyə qəbul etməz. Təbii ki, Azərbaycanda bir çox sahələrdə islahatlar lazımdır. Dünya ölkələrinin mütərəqqi qanunlarından faydanlamalıyıq. Ümumiyyətlə, İslam və Türk toplumu Avropa ailəsinə yaddır. Azərbaycan və Türkiyə türk-müsəlman ölkəsidir. Tarix boyu məhz Qərb-Şərq arasında sivlizasiya müharibəsi gedib, indi də davam edir. Qərbin islamofobiya siyasəti məhz sivilizasiyalararası müharibənin əsas xəttidir. Artıq Avropada ifrat sağçılar seçkilərdə qalib gəlir. İkinci Dünya Müharibəsindən sonra Avropada hakimiyyətə gələn liberalların tənəzzül dövrü başlayıb. Çünki, yeni dünya nizamı qurulur. Avropada hakimiyyətə gələn ifrat sağçılar qoca qitədə miqrantlara qarşı sərt tədbirlər görəcək. Qitədə dini dözümsüzlük atmosferi formalaşması baş qaldırıb".
Ekspertin fikrincə, Azərbaycan nə Avropaya, nə də Rusiyaya yaxın olmalıdır:
"Yeni dünya nizamında türk dövlətləri ilə əməkdaşlıq yeni mərhələyə keçməkdədir. Azərbaycanın bu istiqamətdə apardığı siyasət uğurlu olacaq. Buna rişxənd edənlər, türk dövlətlərində diktatura olduğunu vurğulayanlar Ukraynanın başına gələnləri görmək istəmir. Türkiyə uzun illər Avropanın qapısını döydü. Nə dedilər, Türkiyə onu etdi. Nəticəsi isə qapıda saxlamaq oldu. Amma Türkiyə türk dövlətlərini öz orbitində birləşdirsə, yeni qlobal siyasi nizam qura bilər. Bundan narahat olan "soros"cular paniranizm xətti ilə birgə türk layihəsinə qarşı çıxırlar. Nə Ermənistan, nə də Gürcüstanı Avropa İttifaqına üzv edəcəklər. Avropa İttifaqının əsas problemi Rusiyadır, türk dünyası deyil".
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial