Türkiyə udacaq: “Rusiyanın təslim olması an məsələsidir”
Banuçiçək Kalbalıyeva
07:55 15.03.2021
Siyasət
737
NATO-dan S-400-lər ala bilməyən Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığı məlumdur. Əlbəttə, hər iki ölkə sözügedən partnyorluqdan məmnundur. Hər halda dövlət başçılarının ayrı-ayrı vaxtlarda səsləndirdikləri bəyanatlar, bir-biriləri barədə işlətdikləri komplimentlər dediyimiz fikrin bariz nümunəsidir. Lakin bu iki nəhəng dövlətin əzəli rəqib olduqları da kimsəyə sirr deyil. Ən azından ona görə ki, onlar regionda maraqlı ölkələrdir. Deməli, müntəzəm olaraq bir-birilərinin “ayaqlarını tapdalayırlar”.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Ankara- Moskva münasibətlərini “Sherg.az”a təhlil etdi:
“Siyasi masada Türkiyə-Rusiya dialoqu hər gün nə qədər inkişaf etsə də, hərbi mənada, qaynar nöqtələrdə iki ölkə arasındakı gərginliklər pik həddədir. Qarabağ, Suriya, Liviya kimi qanlı nöqtələr bunun aydın təzhürüdür. Maraqlıdır ki, Türkiyə Rusiyadan hər sahədə geridə olmasına baxmayaraq, Qarabağ və Liviyada üstünlük onun müttəfiqlərində, Suriyada isə balanslıdır. Bunun əsas səbəblərindən biri də Türkiyənin beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparması, Rusiyanın isə təcavüz xarakterli siyasətindən əl çəkməməsidir. Hətta Türkiyə bu kimi amillərdən cəsarətlənmiş olmalıdır ki, Ukrayna, Gürcüstan ərazilərindəki separatçı hərəkətlərə biganə qalmır. Eyni zamanda Mərkəzi Asiyada möhkəmləndirici addımlar atır. Təbii, Rusiya kimi yırtıcı və güclü ölkə buna susmayacaq. Lakin görürük ki, Rusiya 2016-cı ildəki kimi, Türkiyəyə sərt mövqe sərgiləməkdən çəkinir, tabeliyində olan militant qüvvələrlə zərbə endirir. Yeri gəlmişkən, Türkiyənin özü də çıxılmaz vəziyyətlə qarşılaşa bilər.
Qərb ilə münasibətləri normallaşdırmaq hələ mümkün olmayıb. Qərbin imperialist siyasəti Türkiyənin milli maraqlarını nəzərə almır və bu, haqlı olaraq Ankarada Qərbə qarşı qıcıq yaradıb.
Amma Türkiyənin Qərblə münasibətlərinin gərginləşməsi onu Rusiya təhlükəsi qarşısında da əlacsız qoyur. Rusiya özü də Qərbin qəzəb dairəsindədir və təslim olması an məsələsidir. Bəxti orada gətirib ki, böyük enerji qaynaqları var və iqtisadi dözümlülüyünü içəridən təmin edir, hətta enerji satışından milyardlarla dollar qazanır”.
H.Səhrəblının proqnozlarına görə, qardaş ölkə Kremlə uduzmayacaq:
“Türkiyənin əsas gəlir mənbəyi turizm sayılırdı, pandemiya onu bu gəlirdən məhrum edib. Bir il ərzində Türkiyə iqtisadiyyatı ciddi zərər görüb. İqtisadi çətinliklər artır. Qətərlilər əvvəlki qədər investisiya yatırmır.
Onsuz da yatırdıqları istənilən nəticəni vermədi. Pandemiyadan sonra daha güclü Türkiyəni görəcəyik. Bu, bəllidir. Ancaq o vaxtadək stabillik və milli mənafeləri qorumaq üçün ciddi səylər lazımdır. Rusiya isə pandemiyadan sonra daha ağır vəziyyətlə üzləşəcək. Çünki bütün ölkələr ondan qaçır, kimsə sevmir.
Ukraynada, Gürcüstanda, Azərbaycanda və Mərkəzi Asiyada fürsət axtarırlar ki, Moskvadan haqları olanı qoparsınlar. Hər kəsin ümid yeri Türkiyədir. Qərbin özünə də inam o qədər yüksək səviyyədə deyil. Avropanın transmilli şirkətləri xalqları o dərəcədə talan edib ki, “qış yuxusuda” olanlar gerçəkləri “yuxuda görməyə başlayıb”. Əvvəl-axır, güclü zamanında Türkiyəni sıradan çıxara bilməyən Moskva mütləq məğlubiyyətə məruz qalacaq.
Bu gün siyasi masada "elə", qaynar nöqtələrdə "belə" davam edən münasibətlər ilkin xəbərçidir. Xəbərlər hərdən ürəkbulandırıcı olacaq, hazırlıqlı olub "qaytarmamaq" lazımdır...”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə