Ukrayna yalnız deyil: “Zelenski uyğun zamanın yetişdiyini hiss edib”
Banuçiçək Kalbalıyeva
04:18 28.03.2021
Siyasət
763
“Donbas partlamağa hazır bomba kimidir!”.
Bunu siyasi analitik Rusif Məmmədsoy özünün Facebook hesabında yazıb. O da digər politoloqlar kimi Ukrayna və Rusiya arasındakı son proseslərin getdikcə ziddəyətləşəcəyini düşünür.
Ekspert fikirlərini daha geniş şəkildə “Sherg.az”la bölüşdü:
“Putin seçki öncəsi Donbasda münaqişənin alovlanmasında maraqlı olmalıdır. Çünki reytinqi çox enib. O, çox rahatlıqla qələbə qazanacağını düşünür. Əslində belə bir hal sürpriz deyil. Reallıq da bunu göstərir. Ukraynanın NATO- ya güvənməkdə nə dərəcədə haqlı olduğunu söyləmək çətindir. Çünki 2014-cü ildə də proseslər belə davam edirdi. Sonda meydanda yalnız qalan NATO-suz Ukrayna Donbasın ilhaqını izləməli oldu. Digər tərəfdən Vladimir Putin Donbası tamamilə işğal etsə də, Krıma quru yolu bərpa etsə də, istədiyi reytinqi qazana biləcəkmi? Maraqlı sual budur. Ruslar yeni müharibədən, hərbi " uğurlardan " həzz alır, yoxsa iqtisadi inkişafdan ?!
R. Məmmədsoy, həmçinin Türkiyənin mövqeyi barədə də danışdı:
“Hər halda Türkiyənin hələ də NATO-nun regiondakı ən güclü təmsilçisi olduğunu unutmamalıyıq. 2014-cü ildə Türkiyə bu qədər güclü, əsas söz sahiblərindən biri deyildi. Vəziyyət dəyişib. Türkiyəli rəsmilərin “Krımın işğalı ilə heç bir zaman barışmayacağıq” bəyanatlarının meydanda da öz əksini tapacağı ilə bağlı şübhəm yoxdur. Payız aylarında ukraynalı rəsmilərin Ankara ilə hərbi əməkdaşlıq haqqında saysız-hesabsız müqavilələr imzalaması, Türk SİHA-larının Ukrayna arsenalına daxil edilməsi Rusiyaya açıq mesaj idi. Yəni Ukrayna yalnız deyil! Bəlkə də, Zelenski uyğun zamanın yetişdiyini hiss edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə