Ukraynanın “səbr kasası” dolub: “Müharibə ehtimalı çoxdur” – Vaxt açıqlandı !
Banuçiçək Kalbalıyeva
12:28 11.03.2021
Siyasət
662
“Rəsmi Kievə ciddi beynəlxalq dəstək var”
“Xüsusilə ABŞ prezidenti Co Bayden işğala məruz qalan tərəfə dəstəyini açıq ifadə edir”
“Ən nəhayət, beynəlxalq hüquq heç bir halda Kremlin siyasətini dəstəkləmir”
Rusiya ilə Ukrayna arasında münasibətlər gərginləşməkdədir. Müxtəlif iddialara görə Kreml Qarabağ ssenarisini Donbasda təkrarlamaq, burada da əslində seperatçılıqla məşğul olan “sülhməramlılar” yerləşdirmək istəyir. İkinci bir tərəfdən isə Ukraynanın davam etdirdiyi hərbi təlimlər onu deməyə əsas verir ki, “daş qayaya rast gəlib”. Görünür, Ukraynanın “səbr kasası” dolub və daha işğala dözmək fikri yoxdur. Yəni tərəflər arasında müharibənin başlanması an məsələsidir.
Bu barədə “Sherg.az” a danışan politoloq Natiq Mirinin fikrincə, müharibənin start götürməsi ehtimalı çoxdur:
“Son Qarabağ savaşında Azərbaycanın qazandığı uğur postsovet ölkərinə bir növ nümunə oldu. Bizimlə eyni taleyi yaşayan ölkələr, o cümlədən Ukrayna həm ilhamlandı, hm də təcrübəmizdən istifadə etdi.
Onlar çox qısa müddətdə hərbi əmliyyatlar yolu ilə tarixi ədaləti bərpa etməyin mümkünlüyünü anladılar. İndi həmin dövlətlər bizim praktikamızı öyrənirlər.
Ukraynanın torpaqlarını azad etmək uğrunda mübarizəyə başlaması tam mümkündür. Birincisi, eyni ilə bizim kimi havada dominantlığı təmin etmək məqsədilə qardaş Türkiyədən PUA-lar alınır. Bu silahlar sürətli irəliləmək və quru qoşunlarının işini asanlaşdırmaq üçün xüsusi əhəmiyyətlidir.
İkincisi, Ukraynaya ciddi beynəlxalq dəstək var. Xüsusilə ABŞ prezidenti Co Bayden işğala məruz qalan tərəfə dəstəyini açıq ifadə edir. Daha konkret desək, ABŞ Rusiyanı Qara dənizdə neytrallaşdırmaqdan ötrü Ukraynadan geosiyasi alət kimi yararlanmaq istəyir.
Növbəti məqam isə relyeflə əlaqələdir. Qarabağ dağlıq ərazi idi və ermənilərin yüksəkliklərdə mövqe tutması bizim işimizi xeyli çətinləşdirirdi. Lakin Ukraynanın tapdaq altındakı torpaqlarının relyefi daha əlverişlidir.
Və, ən nəhayət, beynəlxalq hüquq heç bir halda Kremlin siyasətini dəstəkləmir. Bütün bunları nəzərə alaraq, Ukraynanın yaz aylarına doğru hərbi əməliyyatlara başlayacağını düşünürəm”.
N.Miri tərəflər arasındakı münasibətlərin dinc yolla həll olunacağını düşünmür:
“Məncə, Ukrayna prezidenti rusiyalı həmkarına görüş təklif edəcək. Bu, xəbərdarlıq xarakteri daşıyır. Amma Vladimir Putinin sülhə razı olacağı qənaətində deyiləm. Çünki ictimai narazılığın, iqtisadi böhranın artdığı bir vaxtda insanları ancaq belə kiçik “hərbi uğurlarla” aldatmaq olar. Yəni rəsmi Moskva geri çəkilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə