
Vaşinqton danışıqları sülhə ümidləri artırdı - AÇIQLAMA
00:14 12.07.2024
Siyasət
404
Azərbaycanla Ermənistan sülh sazişi üçün lazım olan təməl daşlarını qoya bilib
ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Antoni Blinken bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ ilə əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər: “ABŞ Avropa Birliyi və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik də üçtərəfli görüşü şərh edib. O, ümid edir ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz bəhrəsini verəcək. Düjarrik BMT Baş katibinin iki ölkə arasındakı normallaşma prosesini yüksək qiymətləndirdiyini bildirib: "Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və bir sıra ikitərəfli məsələlərin həlli təkcə hər iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli təsirə malikdir".
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh üçün yaxınlaşma tendensiyası artdıqca problemli məsələlərin miqyası üzrə də yeni narrativlər ortaya çıxır. Ekspertin sözlərinə görə, Ermənistan sülh gündəliyini Rusiya və Qərb arasındakı rəqabət üçün səhnə etməyə çalışır:

"Azərbaycan isə bu təhlükəli tendensiyanı zərərsizləşdirməkdən ötrü Ermənistan qarşısında yeni şərtlər irəli sürür. Ermənistanda konstitusiyanın dəyişdirilməsi tələbinin Azərbaycan tərəfindən qaldırılması İrəvanın regiondakı reallıqları dəyişdirmək planlarına qarşı kontur addımlardır. Ermənistan güc qarşıdurmasının ürəyi olaraq qalmaq istədikcə, Azərbaycanın da belə preventiv və daha iddialı tezislər irəli sürəcəyi gözləniləndir. Bu, Azərbaycanın strateji cəhətdən müdafiə immunitetidir və perspektiv üçün sülh və təhlükəsizlik modelini əhatə edən yanaşmasının ifadəsidir. Bunlara baxmayaraq, Azərbaycanla Ermənistan sülh sazişi üçün lazım olan təməl daşlarını qoya bilib. Müsbət impulslar və qarşılıqlı razılaşmalar əsasında verilən qərarlar, o cümlədən sərhədlərin delimitasiyası sülhə olan ümidləri artırır".
Analitik vurğulayıb ki, Azərbaycan təkcə Ermənistanla sülh gündəliyi deyil, həm də Ermənistan-Türkiyə arasında normallaşmanın və regionda mühüm geosiyasi dəyişikliyin açarı üzərində işləyir: "Amma Ermənistanın Rusiyadan siyasi və hərbi cəhətdən uzaqlaşmaq, əvəzində tamamilə Qərbin ağuşuna sığınmaq barədə düşünməsi regiona müdaxilə təhlükələrini də artırır. Azərbaycan bu müdaxilələrin qarşısında dayanaraq sülh gündəliyini irəlilətməyi hədəfləyir, ancaq qırmızı cizgilərinin keçiləcəyi təqdirdə güc tətbiqi ssenarisini da diqqətdə saxlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual