Vayra Vike-Freyberqa: COP29-da müzakirə ediləcək məsələlər gələcək üçün faydalı olacaq
Vayra Vike-Freyberqa: COP29-da müzakirə ediləcək məsələlər gələcək üçün faydalı olacaq
08:38 14.03.2024
Siyasət
283
Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarlar, müxtəlif ideya və təkliflər gələcək mühüm hadisələrə töhfə vermək üçün faydalı olacaq.
Bunu bu gün Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa jurnalistlərə bildirib.
Vayra Vike-Freyberqanın fikrincə, bu forum bir sıra suallara cavab tapa bilmək üçün olduqca əhəmiyyətlidir:
“Dünyada mövcud problemləri həll etmək üçün xalqlar, dövlətlər, ayrıca fərdlər nə edə bilər? Yaranan problemlərin həlli üçün müxtəlif qurumlar, sosial təşkilatlar insanların həll yolları və fikirlərini ifadə etmələrini səbirsizliklə gözləyirlər. Həmin bu fikir və qərarlar bundan sonra dünya üzrə keçiriləcək növbəti tədbirlərdə müzakirə ediləcək”.
Həmsədr həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsini də vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, həmin tədbir çərçivəsində müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarlar, müxtəlif ideya və təkliflər gələcək mühüm hadisələrə töhfə vermək üçün faydalı olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol